Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 23 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 23 noyabrda baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

1919-cu ilin bu günündə Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı. Beləcə Qərbi Zəngəzur ermənilərin nəzarətinə keçdi.
Bəs, noyabrın 23-də daha hansı hadisələr baş verib?
1. 1942-ci ilin 23 noyabr tarixindә ‘‘Kasablanka’’ filmi ilk dәfә nümayiş olunub. Qeyd edәk ki, filmin rejissoru Maykl Kurtsdur.
2. 1946-cı ilin 23 noyabr tarixindә Fransa vә Şimali Vyetnam arasında müharibә başladı. Fransız donanması  Şimali Vyetnamın Hai Phonq şәhәrini nәzarәtinә keçirib. Hücum nәticәsindә 6000 mülki vәtәndaş hәlak olub.
3. 23 noyabr 1954-cü ildə ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti 50 milyonuncu avtomobilini – qızıl suyuna çəkilmiş ikinəfərlik qapalı “Şevrolet” avtomobilini təqdim edib.
4. 1970-ci ilin 23 noyabr tarixindә Türkiyənin Ortaq Bazar üzvlüyü üçün 22 illik keçid dövrünü nəzərdə tutan "Əlavə Protokol" Brüsseldə imzalanıb.
5. 1976-cı ildə Fransalı dalğıc Jak Mayol (1927-2001) dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.
6. 1980-ci ilin 23 noyabr tarixindә İtaliyanın cənubundakı Avellino və Bazilikat bölgələrində 6.9 bal gücündə zəlzələ baş verdi. Zәlzәlә nәticәsindә Neapol şәhәrindә üç mindәn çox adam hәlak olub, 7 min 700 nәfәr yaralanıb, 250 min nәfәr evsiz qalıb.
7. 1985-ci ilin 23 noyabr tarixindә  Afinadan Qahirəyə yollanan vә Misir hava yollarına mәxsus olan sәrnişin tәyyarәsi qaçırılıb. Misir tәhlükәsizlik qüvvәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә tәyyarә  Maltaya eniş edib. Әmәliyyat zamanı tәcavüzkarların da aralarında olduğu 60 nәfәr öldürülüb.
8. 23 noyabr 1992-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.
9. 1996-cı ilin 23 noyabr tarixindә Efiopiya hava yollarına məxsus sərnişin təyyarəsi qaçırılıb. Yanacağı bitәn tәyyarә Hind okeanına düşüb, nәticәdә 123 nəfər hәlak olub.
10. 23 noyabr 2005-ci ildə Liberiya Prezidenti seçilən Elen Conson Sörlif Afrika qitəsində ilk qadın dövlət başçısı kimi tarixə düşüb.
Noyabrın 23-də bu şəxsiyyətlər xatırlanır:
1. 23 noyabr 1923-cü ildə yazıçı, şair Əmrah Əmrahov (1923-1988) anadan olub. "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
2. 23 noyabr 1927-ci ildə tarixçi, şərqşünas, professor Əhməd İsgəndərov doğulub. Hazırda Moskvada yaşayır, 1970-80-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvüdür.
3. 23 noyabr 1936-cü ildə ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Babayev anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Həmişə bahar”, “Ağ ulduzlar”, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.
4. 23 noyabr 1945-ci ildə Xalq şairi Vahid Əziz anadan olub. Bədii yaradıcılığa 1967-ci ildə başlayıb. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.
5. 23 noyabr 1948-ci ildə dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Konservatoriyanın professoru, Azərbaycan EA-nın akademiki olub.
6. 23 noyabr 1999-cu ildə görkəmli aktrisa, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib.
1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri