Icma.az
close
up
RU
BİZİM TƏQVİM 14 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM 14 apreldə baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

1919-cu il aprelin 14-də Azərbaycan Demokratik Respublikasının parlamenti Nəsibbəy Yusifbəyli başda olmaqla 4-cü hökumət kabinetini təsdiq edib.
Bəs, 14 apreldə daha hansı hadisələr baş verib?
1. Amerika Vətəndaş Müharibəsinin bitməsindən 5 gün sonra – 1865-ci ilin 14 aprelində ABŞ prezidenti Abraham Linkoln Cənubi Amerikanın teatr aktyoru Con Uilks Bus tərəfindən başından güllələnib. A. Linkoln bir gün sonra həyatdan köçüb.
2. 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə – saat 23:40-dan başlayaraq dövrün ən iri gəmisi olan “Titanik” batıb. “Titanik”in reklamlarında belə yazılmışdı: “Bu gəmini heç cür batırmaq mümkün deyil”. Lakin onun qarşılaşdığı nəhəng buz parçası (aysberq) bu iddianın yanlış olduğunu ortaya çıxardı: toqquşmadan 5 dəqiqə sonra gəmi batmağa başlayıb. Qəzada 2224 sərnişindən 1513-ü həlak olub.
3. 1919-cu il 14 apreldə Hindistanın Amritsar şəhərində nümayişləri yatırtmaq üçün ingilis əsgərləri etirazçılara atəş açıb. Silahlı qarşıdurma zamanı 379 nəfər ölüb, təxminən 1200 nəfər yaralanıb.
4. 1919-cu il 14 apreldə Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə “Müsavat”la yanaşı, “Əhrar”, sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökuməti əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü olub.
5. Türkiyə güləşçisi Yaşar Doğu 14 aprel 1947-ci ildə Avropa çempionu olub, ölkənin milli güləş komandası isə üçüncü yeri qazanıb.
6. 14 aprel 1987-ci ildə Türkiyənin Avropa İqtisadi Təşkilatına tam üzvlük üçün müraciət məktubu dövrün dövlət naziri Əli Bozer tərəfindən təşkilatın sədri Leo Tindemansa təqdim edilib.
14 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Niderland mexaniki və fiziki, işığın dalğa nəzəriyyəsinin müəllifi Xristian Hügens 1629-cu ilin bu günü dünyaya gəlib. X. Hügens London Kral Cəmiyyətinə üzv seçilən ilk əcnəbi alimdir.
2. Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanov 1870-ci ilin 14 aprelində dünyaya gəlib. Qori seminariyasını bitirdikdən sonra Tiflisdə qalıb, müəllim işləyib. 38 yaşında Odessa Universitetinin tibb fakültəsini bitirən Nəriman orada inqilabi fəaliyyətinə görə Həştərxana sürgün olunub.
Rusiya Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra – 1920-ci ilin aprelində Nərimanov Azərbaycan Xalq Komissarları Sovetinin sədri seçilib. Çalışdığı müddət boyu Dağlıq Qarabağın rəsmi Moskva tərəfindən Ermənistana verilməsinin qarşısını alıb.
Nəriman Nərimanovun “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” povesti, “Pir” hekayəsi Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri sırasındadır.
3. 14 aprel 1907-ci ildə milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Xalq artisti Fatma Qədri doğulub.
4. AXC dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumətdə Ticarət və Sənaye naziri vəzifəsini icra etmiş Mirzə Əsədullayev 14 aprel 1936-cı ildə vəfat edib.
5. Bütün dünyada məşhur olan “Cücələrim” mahnısının müəllifi, Azərbaycanın tanınmış şairi Tofiq Mütəllibov 1929-cu ilin bu günü dünyaya gəlib.
6. Azərbaycan telejurnalisti Alı Mustafayev 1952-ci ilin bu günü Qazaxda anadan olub. Alı Mustafayev 1991-ci il noyabrın 20-də Qarabağda Qarakənd yaxınlığında vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində 39 yaşında həlak olub.
7. 1986-cı ilin 14 aprelində roman, fəlsəfə, siyasət, sosial təcrübələr, avtobioqrafik əsərlər müəllifi, jurnalist Simone de Bovuar vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri