Icma.az
close
up
RU
BİZİM TƏQVİM:21 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:21 apreldə baş vermiş tarixi hadisələr

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1408-ci ilin bu günündə  Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah isə öldürülüb. Bununla da Azərbaycanda Teymurilərin hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla, bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilib.
Bəs, 21 apreldə dünyada daha hansı hadisələr baş verib?
1.    İtaliya alimi və yazıçısı Varro Reatinusun hesablamalarına görə, e.ə. 573-cü ilin 21 aprelində Romulus və Remus tərəfindən Roma şəhərinin əsası qoyulub.
2.    1915-ci ilin bu günü Bakıda “Babayi-Əmir” həftəlik satirik jurnalın ilk nömrəsi çapdan çıxdı. Cəmi 65 nömrəsi işıq üzü görən jurnalda dövrün ədiblərindən Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliağa Vahid və başqa ziyalılar çıxış edirdilər.
3.    1944-cü ilin 21 aprel tarixində Fransada qadınlara səsvermə hüququ verildi.
4.    21 aprel 1967-ci ildə Yunanıstanda hərbi çevriliş oldu. Yorqo Papadopulosun rəhbərliyi altındakı "polkovniklər dəstəsi" hakimiyyəti devirdi və bununla da 7 il sürəcək hərbi rejim başladı.
5.    1978-ci ilin bu günündə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit olunub. (maddə 73).
6.    Günəşxarici planetlər 1994-cü ilin 21 aprelində polyak astronomu Aleksandr Volşan tərəfindən kəşf edildi.
7.    21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub.
8.    21 aprel həm də dünya Yaradıcılıq və İnnovasiya Günü kimi qeyd edilir.
21 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1.    18-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Molla Vəli Vidadi 1709-cu ilin bu günü dünyaya gəlib.  
2.    21 aprel məşhur Azərbaycan sahibkarı, neft səneyiçisi və ictimai xadimi Şəmsi Əsədullayevin xatirə günüdür. O, 1913-cü ilin bu günü Bakıda 72 yaşında dünyasını dəyişib. (1841-1913) Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri olan Əsədullayev xeyriyyəçiliklə də məşğul olub, “Nəşri-maarif” cəmiyyətinin fəal üzvü kimi tanınıb.
1903-cü ildə Bakı milyonçusu Moskvaya köçüb, Sankt-Peterburq və Moskvanın bir neçə yerində mülk tikdirib, yoxsul uşaqlar üçün məktəb açdırıb. Şəmsi Əsədullayev Nijni-Novqorodda keçirilən I Ümumrusiya Müsəlmanları Qurultayında iştirak edib.
3.    1816-cı ilin bu günündə məşhur ingilis yazıçısı və şairi Şarlotta Bronte anadan olub.
4.    Dünya ədəbiyyatının nəhənglərindən biri Mark Tven 1910-cu ilin bu günündə dünyadan köçüb.
5.    1926-cı ilin 21 aprelində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet anadan olub. Vindzorlar sülaləsinin nümayəndəsi II Elizabet taxt-taca 1952-ci il fevralın 6-da yiyələnib, rəsmi tacqoyma mərasimi isə 1953-cü il iyunun 2-də keçirilib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri