Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 18 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 18 noyabrda baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

18 noyabr 1999–cu ildə ATƏT-in İstanbul zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub.
Bəs, noyabrın 18-də dünyada daha nələr olub?
1. 18 noyabr 1601-ci ildə Tiryaki Həsən Paşa komandirliyindəki Osmanlı ordusu strateji əhəmiyyətə sahib Kanije qalasını fəth etdi.
2. 1870-ci ilin 18 noyabrında Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtundan istifadə edilib.
3. 18 noyabr 1865-ci ildə həqiqi adı Samuel Langhorne Clemens olan amerikalı yazıçı Mark Tvenin ilk hekayəsi “Kalaverasın məşhur hoppanan qurbağası” dərc olunub. Yazıçını dünyaya tanış edən isə “Tom Sayver” ilə “Huklabery Finn” adlı əsərləridir.
4. 18 noyabr 1868-ci ildə Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis edib.
5. 18 noyabr 1927-ci ildə İstanbul radiosundan sonra Ankara radiosu da yayıma başladı.
6. 18 noyabr 1928-ci ildə Valt Disneyin “Buxarlı gəmi” adlı ilk səsli sinxronizasiya Miky Maus filmi nümayiş etdirildi.
7. 18 noyabr 1933-cü ildə Osmanlı dövründən qalan “Darülfünun” İstanbul universiteti adı altında yenidən açıldı. Yeni universiteti Avropada təhsil almış Türk alimlərilə yanaşı nasistlərdən qaçan 38 yəhudi professora da qapılarını açaraq güclü təhsil kadrı yaratdı.
8. 18 noyabr 1940-cı ildə Türkiyədə hava hücumlarına qarşı bütün şəhər və qəsəbələrdə gecə saatlarında işıqları söndürmə qərarı verildi.  
9. 18 noyabr 1941-ci ildə Sovet İttifaqına məxsus olduğu irəli sürülən bir sualtı qayıq Burqazada sahillərində Yenicə yük gəmisini batırdı; 12 nəfər həyatını itirdi.
10. 18 noyabr 1976-cı ildə Kıbrısda BMT Sülh Gücü nəzarətindəki Erenköyə silahlı rumların hücumu nəticəsində türk mücahidləri ilə rum quldur dəstləri arasında atışma baş verdi. Türkiyənin döyüş təyyarələri alçaqdan uçaraq hadisəyə müdaxilə etdi.
11. 18 noyabr 1978-ci ildə “Xalqın məbədi” adlı təriqətin üzvləri toplu intihar etdilər. 276 uşağın da aralarında olduğu 914 təriqət üzvünün cəsədi Quyananın Yonestovn şəhəri yaxınlığındakı meşə sahəsində tapıldı.
12. 1999-cu ilin bu günündə  Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb.
13. 18 noyabr 2007-ci ildə Ukraynanın şərqindəki Zasyadko mədən bölgəsində baş verən qəzada 101 mədənçi həyatını itirdi.
14. 18 noyabr 2007-ci ildə Türkiyənin Ədirnə bölgəsindəki İpsala sərhəd-keçid məntəqəsində Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmərin işə salınması ilə Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana (Avropa Birliyinə) nəqli başlanıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Noyabrın 18-də bu şəxsiyyətlər xatırlanır:
1. 1910-cu ilin bu günündə görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Süleyman Vəzirov anadan olub (1910-1973). S.Vəzirov “Azneft”in ilk azərbaycanlı rəhbəri, Azərbaycanın birinci neft sənayesi naziri olub. 
2. 18 noyabr 1990-cı ildə tanınmış aktyor Əfrasiyab Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.
3. 18 noyabr 1994-cü ildə Əməkdar mədəniyyət işçisi, törkəmli teatrşünas, publisist Qulam Məmmədli (25.3.1897 – 1994) vəfat edib.
4. 2000-ci ilin bu günündə Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Emin Sabitoğlu vəfat edib (1937-2000). O, 600-dən artıq mahnının, doqquz musiqili komediyanın müəllifidir. Bəstəkar 40-dək filmə və saysız-hesabsız tamaşalara musiqi bəstələyib. 
5. 18 noyabr 2017-ci ildə Olimpiada və Dünya çempionu Naim Süleymanoğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişdi. 1988-ci il Seul Olimpiadalarında 9 Dünya və 6 Olimpiada rekordu qıran Süleymanoğlunun adı idmanın əfsanə adları arasında yer aldı.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri