Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

Bizim media saytına istinadən Icma.az xəbər verir.

2020-ci ilin bu günündə Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin 42-ci günündə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edib. Ən başlıcası Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının ümumilikdə 16 kəndini işğaldan azad edib. Bunlar Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndləri idi.
Bəs, noyabrın 7-də dünyada daha nələr olub?
1. 1665-ci ilin 7 noyabr tarixində 354 ildir dərc olunan “The London Gazette” mətbuat orqanı nəşrə başlayıb.  
2. 1917-ci ildə, keçmiş təqvimlə oktyabrın 25-dən 26-na keçən gecə “Avrora” kreyserindən açılan atəş Rusiyada, eləcə də bütün Avropada yeni bir ictimai formasiyanın – sosializmin başlandığını xəbər verdi: Oktyabr İnqilabı baş verdi. V.İ.Leninin başçılığı ilə Sankt-Peterburqdakı bolşeviklər silahlı hücumla Romanovlar çarlığının Qış Sarayını tutaraq müvəqqəti hökumətin üzvlərini. Bununla da Rusiyada bolşeviklərin hakimiyyəti bərqərar oldu və 1991-ci ildə SSRİ dağılana qədər davam etdi. 
3. 1918-ci ilin 7 noyabrından yayılan qrip epidemiyası Sakit Okeandakı Qərbi Samoa adasında kütləvi ölümlərə səbəb oldu. Epidemiya il sonuna qədər əhalinin təxminən 20 faizini – 7500-dən çox adamı məhv etdi.  
4. 7 noyabr 1921-ci ildə İtaliyada Benito Mussolininin başçılığı ilə ölkədə Milli Faşist Partiyası quruldu.
5. 7 noyabr 1944-cü ildə Franklin Ruzvelt dördüncü dəfə Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilib. F.Ruzvelt iki dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 
6. 1949-cu ilin bu günü Azərbaycanın paytaxtı Bakının Neft Daşları yatağında qazılmış ilk neft quyusu fontan vurdu. Bununla da dünya neft sənayesinin inkişafında yeni dövr başlandı. Bundan sonra Neft Daşlarına çox mürəkkəb bir şəraitdə 10 kilometrlərlə estakadalar çəkildi, mədən təsərrüfatı yaradıldı və işçilər üçün yaşayış binaları ucaldıldı. 
7. 1982-ci il 7 noyabrda Türkiyədə 12 Sentyabr hökuməti tərəfindən hazırlanan yeni konstitusiya üçün referendum keçirildi. 91,35 faiz lehinə səslə Türkiyənin yeni konstitusiyası qəbul edildi.
7 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Radiumun kəşf etmiş, 2 dəfə Nobel mükafatı sahibi olmuş Mariya Küri  1867-ci ilin bu günü Polşada dünyaya gəlib. (1867 - 1934)
2. Özbəkistanın xalq şairi, dramaturqu, milliyyətcə azərbaycanlı olan Məqsud Şeyxzadə 1908-ci ilin 7 noyabrında Azərbaycanın Ağdaş şəhərində anadan olub (1908-1967).
3. “Vəba", "Baş qaldıran insan", "Xoşbəxt ölüm" kimi məşhur əsərlərin müəllifi, Nobel mükafatı sahibi, Fransanın tanınmış roman yazıcısı Albert Kamü 1913-cü il 7 noyabrda Əlcəzayirdə dünyaya gəlib. (1913 - 1960)
4. 7 noyabr 1877-ci ildə aktyor, vokalçı Hənifə Terequlov(1877-1942) doğulub. 
5. 7 noyabr 1898-ci ildə Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əlili (1898 – 13.6.1993) anadan olub. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.
6. 7 noyabr 1905-ci ildə  teatr və kino rejissoru Şüa Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”,  “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.
7. 7 noyabr 1908-ci ildə şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908 – 19.2.1967) anadan olub. 
8. 7 noyabr 1917-ci ildə görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Quliyev (1917 – 4.10.2000) Bakıda doğulub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.
9. 7 noyabr 1917-ci ildə  Xalq rəssamı Tağı Tağıyev (1917-1993) Bakıda anadan olub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.
10. 7 noyabr 1920-ci ildə  Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Cabbarova (1920 – 29.11.2010) anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.
11. 7 noyabr 1934-cü ildə Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.
12. 7 noyabr 1940-ci ildə Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006)  doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
13. 7 noyabr 1945-ci ildə  Xalq artisti Zərnigar Ağakişiyeva (1945 – 8.2.2018) anadan olub. Akademik Milli Dram Teatrında (1973-2011) çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Dantenin yubileyi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.
14. 7 noyabr 1990-ci ildə  Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Atakişiyev (25.12.1906 – 1990) vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2024 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri