Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 25 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 25 noyabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

25 noyabr 1893-cü ildə Türk mədəniyyəti tarixində əlamətdar hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması barədə məlumat verib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türklərin yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə və türkologiya tarixinə dəyərli töhfə verib.
Bəs, noyabrın 25-də dünyada daha nələr olub?
1. 1875-ci ilin 25 noyabrında Misir hökmdarı İsmayıl Paşa Süveyş kanalının özünə məxsus 46 % səhmlərini 100 milyon Fransa frankına İngiltərəyə satdı. Kanalın qalan səhmləri isə fransızların əlində qalırdı. Misir hökmdarı bu hərəkəti ilə kanalın tikilməsi, paytaxt Qahirənin müasirləşməsi, şəhərdə opera binasının inşası və Süveyş kanalının açılışı münasibətilə Cüzeppe Verdinin “Aida” operasının quruluşuna sərf olunan külli miqdarda vəsait nəticəsində ölkədə gözlənilən iqtisadi böhranın qarşısını almağa çalışırdı. Buna baxmayaraq, Misir dövləti borclardan qurtula bilmədi: Süveyş kanalının dəyəri isə 19-cu əsrin sonuna yaxın 8 dəfə artdı.
2. 1899-cu il 25 noyabrda Osmanlı dövlətinin Nazirlər Heyəti Anadolu-Bağdad Dəmiryolu Müqaviləsini təsdiqləyib. Bununla Almaniya sərmayəsilə çalışan Anadolu Dəmiryolu Şirkəti 8 il içində Konyadan Bağdada və Bəsrəyə dəmiryolu inşasını öhdəsinə götürdü.
3. Macarıstan qadınlarının hüquqları uğrunda fəal mübariz, 1918-ci ildə ölkəsini İsveçrədə təmsil edən Rozike Şvimmer dünya diplomatiyası tarixində ilk qadın səfir təyin olundu. O, 1919-cu ilin baharında, Macarıstanda kommunistlər hakimiyyətə gəldikdən sonra öz vəzifəsindən imtina etdi.
4. 25 noyabr 1936-cı ildə Almaniya və Yaponiya Sovet Rusiyasının təcavüzünə qarşı birgə hərəkət üçün saziş imzaladılar.
5. 1943-cü il 25 noyabr tarixində ABŞ prezidenti Franklin D.Ruzvelt, İngiltərənin baş naziri Vinston Çörçil və Çinin dövlət başçısı Çan Kay-Şek Qahirədə bir araya gəldi və Yaponiya təslim olanadək müharibənin davamına dair qərar qəbul etdilər.
6. 2009-cu ilin 25 noyabrında güclü yağışlar Səudiyyə Ərəbistanının Ciddə şəhərində sel fəlakətinə səbəb oldu: 122 nəfər həyatını itirdi, 350 adam itkin düşdü.
7. 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb. Tarixin seçilməsi isə 1960-cı il noyabrın 25-də Dominikanda diktator rejiminə qarşı mübarizə aparan Mirabal bacılarının edam olunması ilə bağlıdır.
25 noyabrda həm də tarixdə bu şəxsiyyətlər xatırlanır:
1. 1072-ci ilin 25 noyabrında Səlcuq imperiyasının hökmdarı Sultan Alparslan Səmərqənd səfəri zamanı ələ keçirdiyi Bərzəm qalasının komandanı tərəfindən bıçaqlanaraq öldürülüb (1029-1072).
2. İspaniya milli dramaturgiyasının banisi, 200-ə yaxın pyesin müəllifi Lope de Veqa 1562-ci ilin bu günü dünyaya gəlib (1562-1635).
3. Türkiyənin görkəmli yazıçısı Rəşad Nuri Gültəkin 1889-cu il noyabrın 25-də anadan olub.(1889-1956)
4. Azərbaycanın görkəmli dilçi alimi, akademik Əliheydər Orucov 1905-ci ilin bu günü dünyaya gəlib. Əsas elmi yaradıcılığını “Azərbaycan dilinin izahlı lüğəti” kimi fundamental 4 cildlik əsərin tərtibatı və redaktəsinə həsr edən Ə.Orucov dilçiliyin digər istiqamətlərində də səmərəli tədqiqat aparıb. (1905-1987)
5. 2016-cı ilin 25 noyabrında Kuba inqilabının lideri və ölkənin başçısı Fidel Kastro 90 yaşında həyatdan köçüb. (1926-2016)
6. 25 noyabr 1875-ci ildə görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski Şəkidə anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir, ulu babaları Xoy və Şəkinin xanları, atası İsgəndər xan çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı II Dövlət Dumasının deputatı seçilib. Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, 5-ci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.
7. 25 noyabr 1901-ci ildə Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) doğulub. Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
8. 25 noyabr 1918-ci ildə tanınmış yazıçı-dramaturq İmran Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.
9. 25 noyabr 1935-ci ildə Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov anadan olub.
10. 25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının səhnəsində çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür”(Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə (İbrahim) və s. filmlərdə çəkilib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see214

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see193

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see183

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see179

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see174

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? Alimlərin cavabı

28 May 2026 18:30see173

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see172

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see172

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see169

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see166

Fuad Muradov Edinburq Universitetində görüş keçirdi FOTOLAR

28 May 2026 16:01see165

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

28 May 2026 15:59see163

“Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi ANLAYIRLAR”

28 May 2026 12:22see161

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see159

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see159

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

28 May 2026 13:48see158

Turun mərkəzi oyunu Məmmədova tapşırıldı

28 May 2026 18:36see157

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see156

​Rusiyadan qonşu ölkələrə yeni təhdid “Bu ölkələrlə sərhəddə münaqişə şəraiti yaranır”

28 May 2026 10:52see154

İmişli dən futbol veteranlarına örnək addım FOTOLAR

28 May 2026 23:33see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri