Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Martın 5 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 5 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir.  
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci  il  martın  5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.
Bəs, martın 5-də daha hansı hadisələr baş verib?
1. 5 mart 1912-ci ildə İtaliya ordusu ilk dəfə olaraq hava balonlarından hərbi məqsədlə istifadə etdi. Belə ki, italiyalılar bu təyyarələri Türkiyənin müdafiə xətlərində kəşfiyyat aparmaq üçün göndərdilər.
2. 5 mart 1933-cü ildə Almaniyada keçirilmiş seçkilərdə Milli Sosialist Alman İşçi Partiyası səslərin 43,9 faizini qazanaraq hakimiyyətə gəldi.
3. 1933-cü ilin 5 mart tarixində “ABŞ böyük böhranı”nın nəticəsi olaraq ölkə prezidenti Franklin Ruzvelt bütün bankları bağladı və maliyyə əməliyyatlarını dayandırdı.
4. 1979-cu ilin bu günündə “Voyager-1” adlı kosmik aparat ilk dəfə Yupiter planetinə yaxınlaşıb. Yupiter və Saturnun öyrənilməsi üçün nəzərdə tutulan aparat bu planetlərin və onların peyklərinin ilk dəfə müfəssəl şəkillərini çəkməyə nail olub
5. 5 mart 1992-ci ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb.    
5 martda həm də bu şəxsiyyətlər xatırlanır:
1. 5 mart keçmiş SSRİ-nin Baş katibi Stalinin vəfatı günüdür. Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib.  Son dərəcə ziddiyyətli şəxsiyyət olan Stalin tarixin yaddaşında həm İkinci Dünya Müharibəsində qazanılan qələbənin görkəmli rəhbəri, həm də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyalara yol verən diktator kimi qalıb (1879-1953).
2. 5 mart Rusiyanın məhşur şairəsi Anna Axmatovanın xatirə günüdür  Birinci Dünya Müharibəsi illərində vətənpərvərlik ruhunda şeirlər yazan Anna Axmatova yaradıcılığının zirvəsi “Qəhrəmansız poema” adlı lirik-epik əsəri sayılır. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. (1889-1966).
3. 5 mart 1925-ci ildə şair, ədəbiyyatşünas İsmayıl Cəfərpur (1925-1977) anadan olub.
4. 5 mart 1936-cı ildə tanınmış ədəbiyyatşünas, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev (1936 - 25.8.2002) doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair dəyərli tədqiqatların müəllifidir.
5. 5 mart 1947-ci ildə  filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
6. 5 mart 1957-ci  ildə Xalq artisti Səidə Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız” və s.) maraqlı rollar oynayıb, filmlərin dublyajında iştirak edir.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri