Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Martın 17 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 17 də baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

2015-ci ilin bu günündə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyulub.
TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. 2018-ci ildə istismara verilməsi planlaşdırılan TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
Martın 17-də dünyada daha hansı hadisələr baş verib?
1. 17 mart 624-cü ildə Müsəlmanlar və Qureyşilər arasında Bədr döyüşü baş verdi.
2. 17 mart 1861-ci ildə İtaliya milli birliyini qurub.
3. 13 mart 1881-ci ildə Rusiya “Narodnaya volya” (“Xalqçılar”) inqilabçı-terror təşkilatının üzvləri Çar II Aleksandrı qətlə yetiriblər.
4. 17 mart 1901-ci ildə Van Qoqun rəsmləri Parisdəki Bernheim-Jeune qalereyasında nümayiş etdirilməyə başlayıb. 1890-cı ildə intihar edən rəssam sağlığında cəmi bir tablo satıb.
5. 16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
6. 17 mart 1921-ci ildə Londonda ilk doğuşa nəzarət klinikası açılıb.
7. 17 mart 1948-ci ildə Belçika, Fransa, Hollandiya, Böyük Britaniya və Lüksemburq arasında 50 illik Brüssel müqaviləsi imzalanıb və Qərbi Avropa İttifaqı yaradılıb.
8. 17 mart 1950-ci ildə “Kalifornium” adlanan radioaktiv kimyəvi element kəşf olunub.
9. 17 mart 1954-cü ildə Püşkatma nəticəsində İspaniyanı mübarizədən kənarlaşdıran Türkiyə millisi, futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
10. 17 mart 1961-ci ildə Visente Kalderon stadionunun tikintisinə başlanılıb.
11. 17 mart 1965-ci ildə 30 milyon dollarlıq Türkiyə-İsrail Ticarət Sazişi imzalanıb.
12. 16 mart 1968-ci ildə ABŞ qoşunlarının Cənubi Vyetnamda apardığı müharibə zamanı Sonqmi kəndi əhalisi ilə birlikdə yandırılıb. Rəsmi statistikaya görə, kəndin 567 nəfər qoca, qadın və uşaq sakini qətlə yetirilmişdi.
13. 17 mart 1969-cu ildə Qolda Meir İsrailin ilk qadın baş naziri olub.
14. 17 mart 1992-ci ildə Azərbaycan Almaniya ilə diplomatik əlaqələr qurub.
15. 15-17 mart 1995-ci ildə Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qiyamı baş verib. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi.
Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.
Martın 17-də bu şəxsiyyətlər xatırlanır.
1. 17 mart 763-cü ildə Abbasilərin 5-ci xəlifəsi Harun Rəşid anadan olub.
2. 17 mart 1709 - Azərbaycan şairi Molla Vəli Vidadi anadan olub.
3. 17 mart 1919-cu ildə Azərbaycan aktyoru Hüseyn Ərəblinski vəfat edib.
4. 17 mart 1922-ci ildə Türk Qurtuluş Döyüşündə Yunanlarla vuruşarkən türk qadını 20 yaşında Gördesli Makbule vəfat edib.
5. 17 mart 1940-cı ildə Azərbaycan ədibi və filosofu Əli bəy Hüseynzadə vəfat edib.
6. 17 mart 1989-cu ildə Azərbaycan yazıçısı Fərman Kərimzadə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Mart 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri