Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Yanvarın 20 də dünyada nələr olub?

BİZİM TƏQVİM: Yanvarın 20 də dünyada nələr olub?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Tarixin bu günündə Bakıda qanlı 20 yanvar faciəsi törədilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş SSRİ qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilən qoşun növləri dinc əhaliyə divan tutaraq yüzlərlə insanın ölümə və yaralanmasına səbəb oldu. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri isə ölümcül yaralamışdı. 
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da isə Lənkəranda  daha 8 nəfər qətlə yetirildi.
Bəs 20 yanvarda daha hansı hadisələr baş verib?
1. 20 yanvar 1265-ci ildə İngiltərədə ilk parlament iclası olub.
2. Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyası olan "Teşkilati-Esasiye" 1921-ci ilin 20 yanvarında Türkiyə Böyük Millət Məclisində qəbul edildi. 24 maddəlik konstitusiyada Qüvvələr Birliyi Qanununun da təməli atıldı. 
3. İkinci Dünya Müharibəsinin gedişi zamanı Böyük Britaniya hərbi hava qüvvələri 20 yanvar 1945-ci ildə Berlinə  2300 ton bomba tullayıb.
4. 20 yanvar 1961-ci ildə Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçilib.
5. İran və ABŞ arasındakı girov böhranı 1981-ci il 20 yanvarda sona çatdı: Tehran hökuməti 444 gündür girov tutulan 52 amerikalının sərbəst buraxıldığını açıqladı.
6. 1991-ci ilin 20 yanvarında Sovet ordusu artıq öz müstəqilliyini elan etmiş Latviyanın paytaxtı Riqaya girdi.
7. Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev 1998-ci ilin 20 yanvarında ölkədə “Ölüm hökmünün ləğv olunması haqqında” təşəbbüs irəli sürdü və bununla əlaqədar Milli Məclisə müraciət etdi.  
20 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı. Cənnət Səlimova 20 yanvar 1940-cı ildə anadan olub.
2. Azərbaycanlı alim, biologiya elmləri doktoru. Dadaş Rəhimov 1932-ci ilin bu günündə anadan olub.
3. 20 yanvar 1902-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, akademik Firuz Məlikov doğulub.
4. Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor, Ermənistan Parlamentinin I çağırış deputatı Mirzə Cabbar Məmmədzadə anadan olub.
5. Mirəli Qaşqay 20 yanvar 1907-ci ildə anadan olub.  Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959) Mirəli Qaşqay həm də  Azərbaycan SSR EA akademik katibi olub. (1945-1962, 1967-1974)
6. Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsinin şəhidi Səyavuş Həsənov 20 yanvar 1964-cü ildə doğulub.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Yanvar 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri