Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 2 dekabrda dünyada nələr olub?

BİZİM TƏQVİM: 2 dekabrda dünyada nələr olub?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2 dekabr 1920-ci ildə Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında bağlanan Aleksandropol (Gümrü) sazişinə əsasən, erməni tərəf Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib.
Lakin daşnaklar Gümrüdə Türkiyə ilə saziş imzalayanda İrəvanda hakimiyyəti itirmişdilər, orada sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (13 oktyabr 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçməyə məcbur oldu.
Bəs, dekabrın 2-də dünyada daha hansı hadisələr baş verib?
1. 2 dekabr 1804-cü ildə Napolyon Bonapart Parisdə Papanın iştirak etdiyi mərasimdə imperatorluq tacını geyindi.
2. 2 dekabr 1873-cü ildə Osmanlı imperiyasının ilk birjası sayılan “Dersadet Təhvil Birjası” mərasimlə xidmətə açıldı.
3. 2 dekabr 1888-ci ildə 1872-ci ildə qələmə aldığı 4 hissədən ibarət teatr oyunu “Vətən yaxud Silitrə” ilə tanınmış yazıçı və şair Namıq Kamal Sakız adasında 48 yaşında dünyasını dəyişdi.
4. 2 dekabr 1942-ci ildə ABŞ-lı elm adamları ilk nəzarət edilən zəncir atom reaksiyası reallaşdırdı. Bu fəaliyyət atom bombasının quruluşunun əsasını təşkil etdi.
5. 2 dekabr 1956-cı ildə Fidel Kastro Granma yaxtası ilə Kubaya addım atdı. 5 ildən sonra eyni gün Kastro özünü Kubanı komunizmə aparacaq lider olaraq elan etdi.
6. 2 dekabr 1982-ci ildə Dr. Robert Jarvik tərəfindən inkişaf etdirilən süni ürək Barney Klark adlı xəstəyə yerləşdirildi. Klark 112 gün yaşaya bildi.
7. 2 dekabr 1993-cü ildə həyatı filmlərə mövzu olan kolumbiyalı narkotik imperatoru Pablo Eskobar Medellin şəhərində təhlükəsizliq qüvvələri ilə atışma zamanı öldürüldü.
8. 2 dekabr - Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. Bu tarix BMT-nin Baş Assambleyasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.
Noyabrın 2-də bu şəxsiyyətlər xatırlanır.
1. 1929-cu ilin bu günündə Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929). Həsənəli xan Qaradaği İvan Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub. Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var.
2. 2 dekabr 1930-cu ildə şair, tənqidçi Şükür Xanlarov (1930 -10.5.2001) anadan olub.
3. 2 dekabr 1938-ci ildə şair, publisist Zeynal Vəfa anadan olub.
4. 2 dekabr 1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev (1969- 1991) dünyaya gəlib.
5. 2 dekabr 1946-cı ildə tanınmış italyan modelyeri Canni Versaçe (Gianni Versace, 1946 - 1997) anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri