Icma.az
close
up
RU
BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

1919-cu ilin bu günündə  Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Xalq Cümhuriyyətinin parlamentində həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul edilib.
Bəs, sentyabrın 1-də dünyada daha hansı hadisələr baş verib?
1. 1255-ci ilin bu günü Keniqsberq şəhərinin əsası qoyulub. Alman dilində “kral dağı” mənasını verən bu şəhər-qala Tevton ordeninin, yəni qədim prussların torpaqlarına işğalçılıq yürüşləri zamanı – Preqoli çayının uca sahilində salınıb.
İkinci Dünya Müharibəsinin son mərhələsində - 1945-ci ildə Postdam konfransının qərarı ilə Keniqsberq SSRİ-yə verilərək Rusiya Federasiyasının tərkibinə daxil edilib. Bir il sonra isə (1946) isə şəhərin adı dəyişdirilərək Kalininqrad qoyulub.
2. 1879-cu il 1 sentyabr tarixində Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.
3. 1908-ci ilin bu günü Hicaz dəmiryolu İstanbulda təşkil edilən mərasimlə xidmətə açıldı: o gün İstanbuldan Mədinəyə ilk qatar hərəkət etdi.
4. 1 sentyabr 1922-ci ildə Dumlupınar Zəfərindən sonra türk sərkərdəsi Mustafa Kamal Paşa tarixi əmrini verdi: "Ordu, ilk hədəfimiz Aralıq dənizidir! İrəli!"
5. 1923-cü il sentyabrın 1-də Yaponiyanın Tokio və Yokohama şəhərlərində baş verən zəlzələdə təxminən 300 min adam həyatını itirdi.
6. 1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücum etməsiylə İkinci Dünya Müharibəsi başladı.
7. 1 sentyabr tarixi Beynəlxalq Sülh Günüdür. BMT nin bu qərarı 1995-ci ildə qavvəyə minib.
8. 1 sentyabr Liviyanın Respublika Günüdür.
9. 1 sentyabr 1949-cu ildə  Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb. Sovet hökuməti hələ 30-cu illərin sonunda bununla bağlı qərar qəbul etmişdi.
10. Liviya 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.
12. 1 sentyabr 1969-cu ildə Liviyada polkovnik Muammer Kaddafi hərbi çevrilişlə Kral I İdrisi devirdi.
13. 1983-cü ilin 1 sentyabrında Saxalində Cənubi Koreya aviaşirkətinə məxsus “Boing - 747” təyyarəsi SSRİ-nin dövlət sərhəddini pozarkən vurulub. Hadisə nəticəsində 137 nəfər həlak olub. 
14. 1 sentyabr 1985-ci ildə amerikalı dəniz alimi Robert Ballard və qrupu 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını tapdılar.
15. 1986-cı ildə Novorossiyk limanına yaxın “Admiral Naximov” və “Pyotr Vasev” gəmiləri toqquşaraq batıblar. Hadisə nəticəsində 800-dən çox adam həlak olub. Bu faciə İkinci Dünya Müharibəsindən sonrakı dövrün ən böyük dəniz qəzası sayılır.
16. Keçmiş Sovet İttifaqı respublikalarından biri Özbəkistan 1991-ci il senytabrın 1-də istiqlaliyyətini bəyan edib.
17. 2009-cu ilin bu günündə Bakıda Dövlət Bayrağı Meydanı açılıb. Dövlət Bayrağının dayağının hündürlüyü 162 metrdir, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
1 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanın peşəkar pəhləvanlarından biri Rəşid Yusifov 1900-cu il sentyabrın 1-də anadan olub (1900-1982).
2. Bu gün azərbaycanlı professor Nəsir Məmmədovun xatirə günüdür. Elmi-nəzəri əsərlərlə yanaşı, dərslik və dərs vəsaitlərinin də müəllifi kimi tanınan Nəsir Məmmədovun “Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Azərbaycan dilçiliyinin nəzəri əsasları” və digər kitabları bu gün də ali məktəblərdə tədris edilir (1907-1982).
3. 1 sentyabr dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür.  34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət qazanıb.
10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib.
4. 1 sentyabr 1920-ci ildə tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud İsmayılov anadan olub. 
5. 1 sentyabr 1945-ci ildə Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərim dünyaya gəlib. 
6. 1 sentyabr 2009 cu ildə Xalq rəssamı Yusif Hüseynov vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri