Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

16 sentyabr- Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günüdür. Bu tarix 1994-cü ildə BMT-nin Baş Assambleyasının qərarı ilə təsis edilib. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında “antropogen faktorun” rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Bəs, sentyabrın 16-da dünyada daha hansı hadisələr baş verib?
1. 16 sentyabr 1810-cu ildə Meksikada ispan hakimiyyətinə qarşı müstəqillik mübarizəsi başlandı.
2. 16 sentyabr 1890-cı il tarixində Yopaniyaya səfərindən qayıdarkən Kuşimoto sahillərində tufana yaxalanan Ərtoğrul freqatı qayalıqlara çırpılaraq batdı. 540 Türk dənizçisi şəhid oldu, 68-i isə xilas oldu.
3. 16 sentyabr 1908-ci ildə Uilyam Düran tərəfindən "General Motors” şirkəti təsis edildi.
4. 1951-ci ildə  Bakıda indiki Tofiq Bəhramov adına Respublika Stadionunun açılışı olub.
5. 16 senyabr 1959-cu ildə Fransa prezidenti Şarl De Qoll Əlcəzairin öz taleyini keçiriləcək referendumla müəyyənləşdirməsini istədi. 4 il sonra həmin gün Əhməd Ben Bella Əlcəzairin ilk dövlət başçısı oldu.
6. 1961-ci ilin 16 sentyabr günü Yassıada məhkəməsi tərəfindən edama məhkum edilən Məndərəs hökumətinin nazirləri Fatin Rüşdü Zorlu və Həsən Polatkan İmralı adasında edam edildilər.
7. 16 sentyabr 1963-cü ildə Malayziya dövləti yaradılıb.
8. 16 sentyabr 1978-ci ildə İranda bir dəqiqə davam edən zəlzələdə 20 min nəfər öldü.
9. 16 sentyabr 1982-ci ildə İsrail tərəfdarı Xristian Falanjist milislər Beyrutdakı Basra və Şatilla qaçqın düşərgələrinə basqın edərək uşaqların da olduğu yüzlərlə fələstinlini qətlə yetirdi.
10. 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
11. 16 sentyabr 2013-cü ildə Suriyaya məxsus helikopter Türkiyənin “F-16” qırıcı tayyərələri tərəfindən hava məkanını pozduğuna görə vurularaq düşürüldü.
Sentyabrın 16-da bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 1909-cu ilin bu günündə Azərbaycanın ilk milli kinoaktrisası, tanınmış kimyaçı alim, Dövlət mükafatı laureatı, akademik İzzət Orucova anadan olub (1909-1983). Alimin kimya sahəsində əsas tədqiqatları sürtgü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir.
2. 16 sentyabr 1934-ci ildə Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) anadan olub.
3. 2016-cı ilin 16 sentyabr günü Türk kinosunun əfsanəvi aktyorlarından Tarık Akan dünyasını dəyişib. 
4. 16 sentyabr 1940-cı ildə Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub.
5. 16 sentyabr 1924-cü ildə  Amerika aktrisası, Hollivudun ən məşhur ulduzlarından biri Loren Bekollun dünyaya gəlib.
6. 16 sentyabr 1956-cı ildə məşhur Amerika sehrbazı (illüzionist) Devid Kopperfild anadan olub.
7. 16 sentyabr 1956-cı ildə  Amerika aktyoru Mikki Rurk anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri