Icma.az
close
up
RU
BİZİM TƏQVİM:10 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 sentyabrda baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

1618-ci ilin bu günündə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib.
Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI əsrin sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri aldı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı.
Bəs, sentyabrın 10-da dünyada daha hansı hadisələr baş verib?
1. 10 sentyabr 1172-ci ildə Misirdə Abbasilər xilafətinin yaranması elan olunub.
2. 10 sentyabr 1588-ci ildə  ingilis dənizçisi Tomas Kavendiş tarixdəki 3-cü uğurlu dünya səyahətini başa çatdırıb.
3. 10 sentyabr 1823-cü ildə  Simon Bolivar Perunun prezidenti elan edilib.
4. 10 sentyabr 1835-ci ildə Almaniyada uzunluğu 10 kilometr olan ilk dəmir yolu xətti açılıb.
5. 10 sentyabr 1857-ci ildə Tunisdə ilk konstitusiya qüvvəyə minib.
6. 10 sentyabr 1894-cü ildə  ilk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunub.
7. 1920-ci ilin bu günündə  Bakıda Türkiyə Kommunist Partiyası təsis olunub.
8. 1932-ci ilin 10 sentyabrında  Nyu-York metrosunun 3-cü xətti açılıb. 
9. 10 sentyabr 1934-cü ildə Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilib.
10. 1939–cu ilin bu günündə  Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib.
 

Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb. 


11. 10 sentyabr 1943-cü ildə İkinci dünya müharibəsində Alman ordusu Romanı ələ keçirib.
12. 10 sentyabr 2007-ci ildə Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb.
Sentyabrın 10-da bu şəxsiyyətlər xatırlanır:
1. 10 sentyabr 1901-ci ildə Əməkdar artist, vokalçı Qulam İsgəndərov (1901-1975)  Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.
2. 10 sentyabr 1917-ci ildə Xalq artisti Firuzə Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.
3. 10 sentyabr 1931-ci ildə  Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
4. 10 sentyabr 2015-ci ildə Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) vəfat edib. O, Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.
5. 10 sentyabr 1968-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib və düşmənin 5 postunu dağıdıb. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girib, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri