Icma.az
close
up
RU
BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi.
1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
Bəs, iyunun 2-də dünyada daha hansı hadisələr baş verib?
1. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il 2 iyun tarixli qərarı ilə ölkədə ilk dəfə olaraq neft sənayesi milliləşdirilib.  
2. 1935-ci ilin 2 iyun tarixindә Türkiyәdә bazar gününın tәtil günü olması qәrara alınıb.
3. 2 iyun İtaliya xalqının milli bayramıdır. 1946-cı ilin bu günü İtaliya respublika elan olunub.  
4. 1953-cü ilin 2 iyun tarixində Böyük Britaniya və Şimali İrlaniyanın sabiq kraliçası 27 yaşlı II Yelizavetanın Vestminster sarayında tacqoyma mərasimi keçirilib.
 

Həmin dönəmdə İngiltərənin baş naziri olan Uinston Çörçil və Britaniya kilsəsinin müqavimətinə baxmayaraq, tacqoyma mərasimi ilk dəfə olaraq televiziya ilə nümayiş etdirilib. Məhz bu hadisədən sonra televizorların satışı kütləvi hal alıb.


6. 2 iyun 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı quruldu. Təşkilat Fələstin torpaqlarında olan bir çox qrupu bir dam altında toplayıb. Ən böyük qrup olan “Əl-Fəth”in lideri Yasser Ərəfat təşkilat yarandıqdan 5 il sonra onun perzidenti olub.   
7. 1978-ci il iyunun 2-də erməni terrorçuları Türkiyənin İspaniya səfiri Zeki Kuneralpın dövlət maşınını atəşə tutublar. Silahlı hücum nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp və təqaüdçü səfir Beşir Balcıoğlu dünyasını dəyişib.
8. 2 iyun 1993-cü ildə Azərbaycan dəmir yolunda ermənilər növbəti dəfə təxribat törədiblər.
 

Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu partladılıb. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.


9. 2 iyun 2012-ci ildə Misirin keçmiş prezidenti Hüsnü Mübarək ona qarşı nümayişə qalxan etirazçıların öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edildi.  
2 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Məşhur ingilis yazıçısı Tomas Hardi 1840-cı ilin bu günü dünyaya gəlib. (1840-1928)
2. 2 iyun görkəmli Azərbaycan alimi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanovun xatirə günüdür.  Görkəmli alim çar Rusiyası sarayında hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edib. Ziyarətdən qayıdarkən elə Məkkə yaxınlığında 53 yaşında dünyasını dəyişib. (1794-1847)
3. "Əskiçi və oğulları","Xanımın təsərrüfatı” və "Bərəkətli torpaqlar üçün" əsərlərilə adını Türkiyə ədəbiyyatının görkəmli simaları sırasına yazdıran Orhan Kamal  1970-ci ilin 2 iyununda 66 yaşında vəfat edib. (1914-1970)
 

4. 2 iyun 1988-ci ildə böyük Hindistan rejissoru və aktyoru Rac Kapur (1924-1988) vəfat edib. “Avara”, “Cənab 420” və digər filmləri ilə Azərbaycan tamaşaçısının sevgisini qazanan Rac Kapur 1956-cı ildə Bakıya səfər edib, Azərbaycanın dahi müğənnisi, yaxın dostu Rəşid Behbudovun qonağı olub.


5. 1979-cu ilin 2 iyun tarixindә  tanınmış kinorejissor Hüseyn Seyidzadə vəfat edib (1910-1979). Azәrbaycanın Milli kino tarixində özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” bədii filmlərini çəkib.
6. Azərbaycanın Milli Qəhrəmanı  Novruz Qurbanov 2 iyun 1975-ci ildə anadan olub.
7. Azərbaycan boyakarı, Xalq rəssamı Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 İyun 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri