Icma.az
close
up
RU
BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.
Bəs, iyunun 7-də dünyada daha hansı hadisələr baş verib?
1. 1494-cü il 7 iyunda İspaniya və Portuqaliya Papanın tələbilə Tordesillas müqaviləsini imzaladı. Müqaviləyə əsasən, Avropa qitəsi istisna olmaqla, şimal-cənub meridianı üzrə kəşf edilmiş və aşkarlanacaq torpaqlar iki ölkə arasında bölüşdürüldü.
2. Osmanlı sultanı Qanuni Süleymanın şərəfinə İstanbulda Memar Sinan tərəfindən ucaldılan Süleymaniyə məscidi 1557-ci ilin 7 iyununda açıldı.
3. Dünya tarixinin ən uzun müddət taxtda oturan hökmdarı, "Günəş kralı" adı ilə tanınan, “Dövlət mən özüməm” sözləriylə yadda qalan Fransa kralı 14-cü Lüdovik 1654-cü il 7 iyunda hakimiyyətə gəldi və 72 il ölkəni idarə etdi.  
4. 7 iyun 1775-ci ildə Birləşmiş koloniyalar öz adının dəyişdirildiyini, Birləşmiş Ştatlar, daha doğrusu ABŞ olduğunu elan etdi.
5. Osmanlı sultanı Əbdülməcid tərəfindən inşa etdirilən Dolmabahçe sarayı 7 iyun 1856-cı ildə hökmdar ailəsinin ixtiyarına verildi.
6. Yaponiya imperatoru Komeinin yaxın qohumunun İstanbul səfərinə qarşılıq olaraq Osmanlı sultanı II Əbdülhəmidin Yaponiyaya göndərdiyi “Ərtoğrul” gəmisi 1890-cı ilin 7 iyununda Yokohomaya çatdı.
7. 1905-ci il iyunun 7-də Norveç parlamenti – Stortinq 1814-cü ildə imzalanan sazişi ləğv edərək İsveçdən ayrılmaq barədə yekdil qərar qəbul etdi. Bundan 1 il sonra – 1906-cı ildə isə Danimarka şahzadəsi Karl müstəqil Norveçin ilk kralı oldu.
8. 1905-ci ilin 7 iyun tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər.1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.
10. 7 iyun 1960-cı ildı Səudiyyə Ərəbistanında qadınlara təhsil almaq hüququ verilib.
11. 1971-ci ilin bu günü “Salyut” kosmos stansiyası ilə “Soyuz-11” kosmik nəqliyyat gəmisinin birləşməsi nəticəsində dünyada ilk pilotlu orbital “Salyut” stansiyası yarandı.
12. 7 iyun 1977-ci ildə Türkiyə sənətçisi Semiha Yankı XIII Beynəlxalq Qızıl Orfe Mahnı Yarışmasında birinci oldu.
13. 1981-ci ilin 7 iyununda nüvə silahı istehsal etdiyi iddiası ilə İsrail döyüş təyyarələri İranın Osirak nüvə mərkəzinə hava hücumu etdi. 
14. 7 iyun 1982-ci ildə Türkiyənin Portuqaliyadakı Səfirliyinin inzibati attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide xanım evlərinin önündə ASALA erməni terror təşkilatının silahlı hücumu nəticəsində həlak oldular.
15. 2007-ci il 7 iyunda keçirilən Türkiyə İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edildi.
16. 7 iyun 2015-ci ildə Birinci Avropa Oyunlarının qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşdıqdan və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra paytaxt Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
7 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Kaşıyeva 1893-cü ilin bu günü dünyaya gəlib. O akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm və mənzərə çəkib. Ötən əsrin 20-ci illərində “Şərq qadını” jurnalı için illüstrasiyalar işləyib.
2. Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədov 7 iyun 1994-cü ildə dünyasını dəyişib.

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti, mənfi rolların mahir ifaçısı Məlik Dadaşov 7 iyun 1924-cü ildə anadan olub.
4. Bu gün tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür. O, 2001-ci ilin 7 iyununda dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 İyul 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri