Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 21 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 oktyabrda baş vermiş tarixi hadisələr

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Mincivan qəsəbəsi və Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini Ermənistanın işğalından azad edib.
Bəs, oktyabrın 21-də dünyada daha nələr olub?
1. 1520-ci ilin 21 oktyabrında Fernando Magellan Cənubi Amerikanın cənubunda, Atlantik okeanını Sakit okeana birləşdirən, bu gün onun ismi ilə adlandırılan boğazı kəşf etdi.
2. 21 oktyabr 1805-ci ildə Horatio Nelsonun komandanlığı altındakı İngiltərə donanması Trafalqarda Napoleonun Birləşmiş Fransa-İspaniya Donanmasını məğlub etdi. Admiral Nelson bu müharibədə həlak oldu.
3. Osmanlı imperatorluğunun ilk xüsusi siyasi qəzeti olan “Tərcümani-Ahval” 1860-cı ilin 21 oktyabrından dərc olunmağa başladı.
4. 21 oktyabr 1879-cu ildə dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Edison közərmə elektrik lampası üzərində işlərini başa çatdırıb.
5. 21 oktyabr 1935-ci ildə Adolf Hitlerin rəhbərlik etdiyi nasist Almaniyası Millətlər Cəmiyyətindən rəsmən ayrıldı.
6. Fransada qadınlar 1945-ci ilin 21 oktyabrından səsvermə hüququna malik oldular.
7. 1985-ci ilin 21 oktyabrında alman jurnalisti və yazıçısı Qünter Valrafın türk işçisindən bəhs edən “Ən aşağıdakılar kitabı satışa çıxdı. Kitab almanların türklərə qarşı irqçi düşüncəsinə qarşı çıxmaqla geniş oxucu kütləsi qazandı.
8. 21 oktyabr 1987-ci ildə montaj-qurğu işləri Türkiyədə həyata keçirilən F-16 təyyarəsinin ölkədə ilk uçuşu rəsmi mərasimlə göstərildi.
9. 1999-cu ilin 21 oktyabrında Çeçenistanın paytaxtı Qroznının böyük ticarət mərkəzində tərədilən raket hücumunda 110 adam həyatını itirdi, 400 nəfər yaralandı.
21 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Tanınmış İsveç ixtiraçısı və sənaye sahibkarı Alfred Nobel 1833-cü ilin bu günü andan olub. Daha çox tüstüsüz barıt, uğultulu-civəli kapsul-detanator və dinamitin ixtiraçısı kimi tanınan Alfred həm də soyadı ilə bağlı olan Nobel mükafatının təsisçisidir (1833-1896)
2. Azərbaycanın mütəfəkkir şairi və dramaturqu Hüseyn Cavidin oğlu, bəstəkar, şair və rəssam Ərtoğrul Cavid (Rasizadə) 1919-cu il oktyabrın 21-də anadan olub. Cəmi 24 il yaşamış Ərtoğrul Azərbaycan mədəniyyəti üçün zəngin və faydalı işlər görüb (1919-1943)
3. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair, tənqidçi və ölkənin müstəqilliyi uğrunda alovlu mübariz Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü dünyaya gəlib. 1988-ci ildən başlanan azadlıq hərəkatı Xəlil Rzanın ictimai fəaliyyətinin daha canlı və ən parlaq səhifələridir. (1932-1994)
4. 21 oktyabr 1980-ci ildə Azərbaycan müğənnisi, Əməkdar Artist Nəzakət Məmmədova vəfat edib (1944-1980).
5. 21 oktyabr 1932-ci ildə ustad sənətkar, aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000 anadan olub.
6. 21 oktyabr 1935-ci ildə ədəbiyyatşünas alim, professor, Prezident təqaüdçüsü Fəridə Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.
7. 21 oktyabr 1945-ci ildə rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” (“Oskar” mükafatı, 1994), “Urqa - məhəbbət ərazisi”, “Sibir bərbəri” və s.
8. 1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinko dünyaya gəlib.
9. 2020-ci ilin bu günündə Azərbaycan polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev şəhid olub.
10. Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli 21 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
11. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov 21 oktyabr 2020-ci ildə şəhid olub.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Oktyabr 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri