Icma.az
close
up
RU
BİZİM TƏQVİM:Aprelin 1 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb.  Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçının çoxlu hərbi texnikası sıradan çıxarıldı.
Təəssüf ki, Azərbaycan ordusu da aprel zəfəri zamanı şəhidlər verdi.Döyüşlərdə işğaldan azad etdiyimiz ərazilər:  
Tərtər rayonu – Talış kəndi ətrafındakı yüksəkliklər; 
Tərtər rayonu – Seysulan kəndi; 
Cəbrayıl rayonu – Lələ təpə yüksəkliyi; 
Cəbrayıl rayonu – Cocuq Mərcanlı kəndi tam hissəsi; 
Goranboy rayonu – Gülüstan kəndi tam hissəsi; 
Tərtər rayonu – Madagiz kəndi istiqamətində yollar
Bəs, aprelin 1-də dünyada daha hansı hadisələr baş verib?
1.1 aprel 1808-ci ildə Finlandiya Rusiya imperiyasına birləşdirildi.
2. 1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib. Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər.
3. 1 aprel 1928-ci ildə İsveçrədə həllolunan qəhvənin təntənəli təqdimatı keçirilib. Kofenin 1899-cu ildə yaponiyalı Satori Kato tərəfindən kəşf edilməsinə baxmayaraq, məhz həmin təqdimatdan sonra bu içki dünyada məşhurlaşıb.
4. 1 aprel 1955-ci ildə Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
5. 1 aprel 1970-ci ildə Riçard Nikson ABŞ-da televiziya və radioda tütün məhsullarının reklamını qadağan edən fərman imzaladı.
6. 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən “Apple” şirkəti yaradıldı.
7. 1 aprel 1979-cu ildə İran İslam Respublikasının yaradıldığını elan edildi.
8. 1 aprel 1992-ci ildə Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub. 
9. 1 aprel 2004-cü ildə Geogle şirkəti Gmail elektron poçt xidmətini yaratdığını elan etdi.
10.  1 aprel 2009-cu ildə Xorvatiya və Albaniya NATO-ya qəbul edildilər.
11.  Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür.   1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır. 
Aprelin 1-də bu şəxsiyyətlər xatırlanır:
1. 1 aprel 1885-ci ildə, Azərbaycan hüquqşünası və dövlət xadimi Məmməd Yusif Cəfərov anadan olub.
2. 1 aprel 1954-cü ildə opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi  Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski vəfat edib. O Dahu Üzeyir Hacıbəylinin xalası oğlu idi. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri olub.
3. 1 aprel 1980-ci ildə SSRİ və Azərbaycan SSR xalq artisti, görkəmli aktyor İsmayıl Dağıstanlı vəfat edib.
4. Azərbaycan polis starşinası, Milli Qəhrəman Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə anadan olub.
5. 1 aprel 1975-ci ildə Azərbaycanlı polkovnik, Milli Qəhrəman Şükür Həmidov anadan olub.
6. Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi, Əməkdar İncəsənət xadimi Rəsul Rza 1 aprel 1981-ci ildə dünyasını dəyişib.
7. 1 aprel 1997-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Aprel 2026 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri