Icma.az
close
up
RU
BİZİM TƏQVİM:Aprelin 8 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 8 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

1992-ci ilin bu günündə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər.
Bu soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.
Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.
Bəs, 8 apreldə dünyada daha hansı hadisələr baş verib?
1. 1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər.   Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı. 
2.  1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı imperatorluğunun tərkibindən çıxan Krım xanlığı 10 il belə keçmədən - 1783-cü ilin 8 aprelində II Yekaterinanın əmri ilə Rusiya  tərəfindən işğal edildi.
3. 1982-ci ilin 8 aprelində erməni terror təşkilatı ASALA-nın etdiyi hücumda Türkiyənin Kanada Səfirliyinin ticarət müşaviri Kani Güngör ağır yaralandı və əlil arabasına məhkum oldu.
4. 2003-cü il aprelin 8-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başlayıb. 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km.-i Türkiyə əraizisndən keçir. 
5. 1971-ci ilin bu günündə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən aprelin 8-i Beynəlxalq Qaraçılar Günü elan olunub.
8 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanlı filosof Əbunəcib Sührəvərdi 1168-ci ilin 8 aprelində vəfat edib.
2. 1973-cü ilin bu günündə İspan rəssamı Pablo Pikasso vəfat edib.
3. 8 aprel 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Görkəmli sərkərdə 1405-ci il fevralın 18-də Özbəkistanda vəfat edib.
4. Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Məmmədxan Bakıxanov 1890-cı ilin bu günü anadan olub.
5. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1912-ci ilin 8 aprelində dünyaya gəlib.
6. Meyxana ustası Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə dünyasını dəyişib.
7. 8 aprel 2013-cü ildə “Dəmir ledi”- Marqaret Tetçer vəfat edib.
8. 1956-cı ilin 8 aprelində Güney Azərbaycanlı,tanınmış vokalist və musiqiçi Yaqub Zurufçu anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Aprel 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri