Icma.az
close
up
RU
Bizim Yolumuz Qüdrətli Dövlət Yoludur!

Bizim Yolumuz Qüdrətli Dövlət Yoludur!

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu prosesdə birmənalı mövqe yoxdur. Ölkədə çox az kəsim dövlətin zəifləməsinə can atır. Onların məqsədləri isə bu fürsətdən istifadə edib siyasi hakimiyyəti ələ keçirməkdir. Bunları kimlər istəyir? Mövcud hakimiyyətə arqumentli siyasi mövqe ortaya qoya bilməyən siyasilər, oportunist oliqarxlar, radikal qruplar və xarici maraqların agentləri. Bu şəxslər bizdə varmı? Var. Amma onların sayı çox az olub və görünən tərəflər dərhal zərərsizləşdirilib. Müəyyən şəxslər ölkədən çıxıb, bəziləri isə hələ də hibrid aksiyalarla nəyəsə nail olmaq haqqında düşünür. Xarici siyasi "babalarının" dəstəyi ilə ölkədə dezinformasiya və nifrət nitqi yaymağa çalışır, bununla da həmrəyliyə zərbə vurub qütbləşmə yaratmağa cəhd edirlər. Lakin ölkənin qüdrətli və güclü olması üçün çalışan və onu gücləndirən əksəriyyət milli həmrəyliyi qoruyub saxlayır, iqtisadi asılılığımızı azaltmaq, siyasi asılılığımızı minimuma endirmək və mütləq müstəqilliyimizi qorumaq üçün strateji addımları ilə seçilir. Dövlətin güclü olması gələcək nəsillərə qüdrətli bir dövlət miras qoymaq, onların qürurlu və firavan yaşamasına xidmət etmək deməkdir. Keçmiş dəyərlərimizə, babalarımızın irsinə sədaqət göstərməklə yeni dünyada öz layiqli yerimizi tutmaq üçün addımlar atılır. Nəzərə alın ki, indiki reallıqda bu heç də asan başa gəlmir. Bu risklərə və təhdidlərə qarşı qətiyyət yalnız vətənə vicdanla yanaşan, dövlətçilik prinsiplərini və dövlət anlayışını, mənəvi ruhun dərinliklərinə qədər hiss edən cəsarətli şəxslər apara bilər. Nə xoş ki, bu gün biz artıq o yolun axırına çatmaq üzrəyik.
Əgər bu gün Orta Dəhliz – Çin, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Türkiyə və Avropa tam gücü ilə işə düşsə, ölkəmiz əsas tranzit mərkəzə çevriləcək. Bunu yalnız keçmişinə və gələcəyinə xəyanət edənlər istəməyə bilər. Enerji siyasətimizi neftdən kənara çıxarıb yaşıl enerji, külək, günəş və hidrogen ixracatına yönəltmək siyasəti yalnız bu ölkəni sevməyən insanları sevindirər. Hərbi mövqeyimiz möhkəmlənib, regionda və dünyada maraqlarımıza uyğun balanslı, aktiv diplomatiya aparılır. Bu yalnız ölkəyə düşmənçilik hissi olanların xoşuna gəlməyə bilər. Xalqımızın potensialı, etimadı və həmrəyliyi, eləcə də İlham Əliyevin siyasi qərarlarının düzgünlüyü, strateji və müdrik mövqeyi nəticəsində indiki məqamda ölkəmiz üçün ən böyük fürsətlər yaranıb. Kim bu uğurları ölkəsi üçün istəmirsə və yalnız dövləti zəif görmək istəyirsə, onlar heç bir nəticə əldə edə bilməyəcəklər. Biz çox böyük və ciddi uğurlara imza atmışıq və astanasında olduğumuz bu uğurları qoruyub saxlamaq, gələcəkdə daha da artırmaq üçün heç bir spekulyasiya və məkrli planın həyata keçməsinə imkan verməməliyik. İrəli baxmalı, ölkəmizin inkişafı və qüdrəti üçün birgə çalışmalıyıq.
Əmin olun ki, mütləq bu istiqamətin əksinə işləyənlər istər hakimiyyətin daxilində, istərsə də xaricindəkilər öz layiqli cəzalarını alacaqlar.
Əziz soydaşlar, üzündə imanını göstərib, qəlbində imanı olmayanlara inanmayın.
Ramil Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri