Icma.az
close
up
RU
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir

Bizimkilərin susqunluğu, onların iftiraları davam edir

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abramyanı susdurmaq ağır zəhmət tələb etməsə də, diaspor nümayəndələrimizin başı daxili intriqalara qarışıb

Rusiyanın “Rusiya Erməniləri İttifaqı” (SAR) ictimai təşkilatı Azərbaycana qarşı hücumlarını davam etdirir. Belə ki, SAR Rusiya Federasiyasının İstintaq Komitəsinə “Qarabağ ərazisində Böyük Vətən müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi və təhqir olunması” barədə cinayət işinin başlanması çağırışı ilə müraciət edib.

"SAR bu addımı ilə tarixi faktları əvəz etməyə, sovet xalqının Qələbəyə töhfəsini dəyərsizləşdirməyə və nəsillərin mənəvi əsaslarını və davamlılığını məhv etməyə yönəlmiş planlaşdırılmış kampaniyanın bir hissəsi kimi qiymətləndirir", - deyə təşkilatın “Telegram” kanalında qeyd olunur.

Eyni zamanda, SAR Ermənistan Müdafiə Nazirliyinin Hərbi Akademiyasında marşal Ovannes Baqramyan adına Komanda-qərargah İnstitutuna rəhbərlik edən Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Hovhannisyanın Stalinqrad döyüşünün nasist Almaniyasının Türkiyəni ələ keçirməsinə mane olması ilə bağlı bəyanatına cavab verməyib. Guya, Almaniya Türkiyəni tutardısa, “Böyük Ermənistan” yarana bilərdi. Rusiyada bir çox ictimai və siyasi xadimlər bu bəyanata cavab verdilər, lakin SAR susmağa üstünlük verdi.

SAR-a rəhbərlik edən Ara Abramyanın çoxdankı vərdişidir - Azərbaycanı ağır ölümcül günahlarda ittiham edir. 44 günlük müharibə zamanı hətta Rusiyadan 20 minə yaxın ermənini cəbhəyə göndərməyi planlaşdırırdılar. Bununla bağlı Azərbaycanın Baş prokuroru rusiyalı həmkarına və İstintaq Komitəsinin sədrinə müraciət edib.

Daha sonra Azərbaycan hökuməti Ara Abramyanı qanunsuz olaraq Ermənistana və oradan Azərbaycanın Qarabağ bölgəsinə silah və hərbi texnika daşımaqda ittiham edərək beynəlxalq axtarışa verib. Lakin Rusiya tərəfi hələ də cəzasızlığını hiss edərək, ürək bulandırmağa davam edən Abrahamyanı Azərbaycana təhvil verməyib.

Ən təhqiredicisi odur ki, nümayəndələri öz tarixi vətənlərinin maraqlarını müdafiə etməkdənsə, bir-biriləri ilə intriqa aparmağa üstünlük verən Azərbaycan diasporunun ölümcül susqunluğu fonunda, Abramyan Azərbaycana qarşı absurd ittihamlarla öz dəyərini artırmağa, ermənilər arasında aşağı nüfuzunu yüksəltməyə çalışır. Baxmayaraq ki, Abramyanı susdurmaq çox da zəhmət tələb etmir.

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonlarının Ermənistanın işğalı altında olduğu dövrdə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin dağıdılması və təhqir olunması faktlarını əks etdirən Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin hazırladığı hesabat kifayətdir. İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə gəlincə, onların adlarının Azərbaycan torpağında əbədiləşdirilməsi ölkə hakimiyyətinin şəxsi işidir.

30 illik işğalda hökm sürən açıq-saçıq vandalizmdən sonra Azərbaycan hakimiyyətinin Azərbaycan torpaqlarında erməni adları olan abidələr qoymasına həqiqətən də SAR inanır?! Yaxud SAR Ermənistan ərazisində Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçısına ucaldılmış abidəni misal göstərə bilərmi?

1988-1989-cu illərdə etnik azərbaycanlıların zorla qovulduğu Ermənistanda bu hal baş verə bilməz. 2016-cı ildə İrəvanın mərkəzində alman faşistlərinin əlaltısı Qaregin Njdenin abidəsi açılıb. Amma nədənsə SAR bu abidənin İrəvanda olmasına əhəmiyyət vermir. Üstəlik, SAR hətta 2022-ci ilin yanvarında Moskvada Njde haqqında bədii filmin nümayişini keçirməyə cəhd edib. Qəribədir ki, SAR alman nasistlərinin əlaltısı Qaregin Njdenin kultunu ucaldır, eyni zamanda Azərbaycanı “sovet xalqının qələbəyə töhfəsini dəyərsizləşdirməkdə” ittiham edir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri