Icma.az
close
up
RU
Bleker hakim qərarlarını şərh etdi

Bleker hakim qərarlarını şərh etdi

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlarla bağlı şərh verib.

Futbolpress.az xəbər verir ki, Bleker hakim qərarlarında yanlışlıq olmadığını qeyd edib:

“Araz-Naxçıvan” – “İmişli”
54-cü dəqiqə
“İmişli” komandasının yerinə yetirdiyi uzun aut atışı zamanı top cərimə meydançasına göndərilir. “İmişli”nin hücumçusu (№14) ilə “Araz-Naxçıvan”ın müdafiəçisi (№3) arasında top uğrunda mübarizə gedir. Hakim penalti qərarı verir.
VAR görüntüləri yoxlayır və “Araz-Naxçıvan”ın kapitanının (№3-ün) aşkar şəkildə topa toxunduğunu və onu uzaqlaşdırdığını görür. VAR hakimi görüntüləri izləməyə dəvət edir. Görüntüləri izlədikdən sonra hakim penalti qərarını ləğv edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardır.

90-cı dəqiqə
“İmişli”nin hücumu zamanı cərimə meydançasına cinah ötürməsi edilir və “Araz-Naxçıvan”ın oyunçusu (№5) və “İmişli”nin futbolçusu (№22) top uğrunda hava mübarizəsi aparır. “Top “Araz-Naxçıvan”ın oyunçusunun qoluna dəyir. Həmin anda “Araz-Naxçıvan”ın üzvünün qolu bədənindən yuxarıdadır və təbii vəziyyətdə deyil. Hakim oyunu davam etdirməyə icazə verir.
VAR baş hakimi görüntülərə baxmağa dəvət edir. Hakim görüntüləri izlədikdən sonra penalti təyin edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardır.

“Zirə” – “Neftçi”
7-ci dəqiqə
“Neftçi”nin hücumu zamanı bu komandanın hücumçusu (№23) cərimə meydançasına daxil olur. Hərəkət zamanı yıxılır, ancaq hakim oyunu davam etdirməyə icazə verir. Hakim hadisəni müşahidə etmək üçün yaxşı mövqedə idi. “Zirə”nin üzvü (№8) rəqibin hücumçusu ilə təmas yaratmaq üçün əlavə hərəkət etmir, əksinə, təmasdan qaçmağa çalışır. Əgər minimal təmas olsa belə, bu, penalti qərarını əsaslandırmır. VAR görüntüləri izləyir və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarı idi.

86-cı dəqiqə
“Zirə”nin hücumu zamanı top qapı xəttini keçib-keçmədiyi vəziyyəti yaranır. Görüntülərdən görünür ki, top qapı xəttini keçmir. “Neftçi”nin (№5) topu qapı xəttini keçmədən uzaqlaşdırır.
Mübarizənin davamında “Neftçi” hücuma keçərək qol vurur. Həmin hücumda oyundankənar vəziyyət yoxdur və qol düzgün şəkildə qeydə alınır.

90-cı dəqiqə
“Zirə”nin hücumu zamanı uzun cinah ötürməsindən sonra bu komandanın oyunçusu (№10) topu qapı qarşısına göndərir və orada iki oyunçu top uğrunda mübarizə aparır. Qapı qarşısında “Neftçi”nin müdafiəçisi (№15) sağ ayağı ilə “Zirə”nin oyunçusunun (№29) sol dabanına arxadan təmas edir və o, cərimə meydançasında yerə yıxılır. Hakim oyunu davam etdirməyə icazə verir.
VAR görüntüləri yoxlayır və baş hakimi monitora çağırır. Görüntüləri izlədikdən sonra hakim penalti təyin edir.
VAR həmçinin hücumun başlanğıcında “Neftçi” oyunçusuna qarşı mümkün qayda pozuntusunu yoxlayır, lakin qayda pozuntusu aşkar olunmur. Penalti düzgün şəkildə təyin edilir.

“Qarabağ” – “Kəpəz”
2-ci dəqiqə
“Qarabağ”ın künc zərbəsi zamanı “Kəpəz”in qapıçısı topu qapı xəttini keçmədən qaytarır. Top “Qarabağ”ın hücumçusuna (№22) tərəf gəlir və o, qarşısındakı rəqibi (№29) itələyərək başla zərbə vurur. Daha sonra “Qarabağ”ın digər oyunçusu (№18) önünə düşən topu qapıdan keçirir.
Top qapıya daxil olduqdan sonra hakim fiti çalır, “Qarabağ”ın oyunçusunun (№22) rəqibi itələyərək qaydanı pozduğunu bildirir və qolu ləğv edir. VAR görüntüləri yoxlayır və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarıdır.

49-cu dəqiqə
Meydanın mərkəzində “Kəpəz”in hücumçusu (№9) ilə mübarizə zamanı “Qarabağ”ın müdafiəçisi (№18) ayağın içi ilə rəqibin ayağına arxadan toxunaraq qayda pozuntusu edir. “Kəpəz”in oyunçusu yerə yıxılarkən “Qarabağ”ın futbolçusu onun dabanına və ayağına dəyir. Hakim qayda pozuntusunu təyin edir, lakin vərəqə göstərmir. Bu vəziyyətdə meydanda düşüncəsiz qayda pozuntusuna görə sarı vərəqə gözlənilir.
Lakin bu epizod qırmızı vərəqəlik hərəkət olmadığı üçün VAR müdaxiləsi gözlənilmir. Burada yüksək intensivlik, güclü təsir və ya həddindən artıq qüvvə yoxdur.

“Sumqayıt” – “Turan Tovuz”
70-ci dəqiqə
“Sumqayıt”ın hücumçusu (№11) rəqibin cərimə meydançasında hərəkət edir. “Turan Tovuz”un oyunçusu (№17) müdaxilə edərək onun sol ayağına toxunur. Yaxşı mövqedə olan hakim penalti təyin edir.
VAR görüntüləri izləyir və hakimin meydanda verdiyi qərarı təsdiqləyir. Bu, hakimin düzgün qərarıdır.

“Karvan-Yevlax” – “Sabah”
27-ci dəqiqə
“Sabah”ın hücumu zamanı hücumçu (№21) topa zərbə vurur. “Karvan-Yevlax”ın müdafiəçisi (№33) topun qarşısında dayanır və top onun sağ qoluna dəyir. Qolu bədəndən aralı vəziyyətdədir və bədənini genişləndirir. Hakim oyunu davam etdirməyə icazə verir.
VAR görüntüləri izləyir, qayda pozuntusu aşkar edir və hakimi görüntülərə baxmağa dəvət edir. Baş hakim görüntüləri izlədikdən sonra topa əllə müdaxiləyə görə penalti təyin edir. Bu, düzgün qərardır.

“Qəbələ” – “Şamaxı”
5-ci dəqiqə
Künc zərbəsi zamanı “Şamaxı”nın futbolçusu (№4) qapıya doğru başla zərbə endirir. Top “Qəbələ”nin müdafiəçisinin bədənindən aralıda və çiynindən yuxarıda olan qoluna dəyir. Hakim oyunu davam etdirməyə qərar verir.
VAR epizodu nəzərdən keçirir və baş hakimi epizoda yenidən baxması üçün monitora dəvət edir. Hakim epizoda təkrar baxdıqdan sonra düzgün olaraq onbirmetrlik cərimə zərbəsi təyin edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see278

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see277

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see269

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see251

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see250

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see244

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see242

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see240

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see239

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see232

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see229

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see228

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see224

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see203

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see202

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see201

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see188

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see182

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri