Blinken Koreya Respublikasının müvəqqəti prezidenti ilə görüşüb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı, baş nazirin müavini Çxve San Mok və ABŞ dövlət katibi Entoni Blinken Seulda danışıqlar aparıblar.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çxve San Mokun rəhbərlik etdiyi Koreya Respublikasının Maliyyə Nazirliyindən bildirilib.
Çxve San Mok ABŞ-yə "Cənubi Koreya demokratiyasına dəstək və etimad nümayiş etdirdiyinə görə" təşəkkür edib.
"O, Koreya Respublikası-ABŞ ittifaqının güclü müdafiə qabiliyyəti əsasında Şimali Koreyanın törədə biləcəyi müxtəlif təxribatlara hazırlıq zamanı sıx əməkdaşlığın davam etdirilməsini xahiş edib", - nazirlikdən məlumat verilib.
Qeyd edək ki, KXDR yanvarın 6-da Yapon dənizi istiqamətində bu ilin ilk ballistik raket buraxılışını həyata keçirib.
Amerika tərəfi Çxve San Mokun rəhbərliyinə tam etibar etdiyini bildirərək Yaponiya və Cənubi Koreya ilə üçtərəfli formatda əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Yanvar 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















