Icma.az
close
up
RU
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Kimqu Kanqla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı, həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb. Ölkələrimiz arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkəmizin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

Bununla yanaşı, ali təhsil və peşə istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının, eləcə də Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Tərəflər ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilmiş COP29-a sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Söhbət zamanı, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, eləcə də postmünaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri