Icma.az
close
up
RU
Blogerlər bu qaydalara riayət etməlidir Agentlik detalları açıqladı

Blogerlər bu qaydalara riayət etməlidir Agentlik detalları açıqladı

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. Avtosfer.az xəbər verir ki, "Modern.az" yeni qanunla bağlı təfərrüatları öyrənmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və ya sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Rəqəmsal platforma təsirçisi kimdir?

Yeni dəyişikliyə əsasən qanuna "rəqəmsal platforma” və  "rəqəmsal platforma təsirçisi” kimi yeni terminlər əlavə edilib. Rəqəmsal platforma dedikdə reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri nəzərdə tutulur. Rəqəmsal platforma təsirçisi isə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki va ya hüquqi şəxsdir.

Blogerlər hansı qaydalara riayət etməlidir?

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam”, "reklam hüququ əsasında”, "sponsorluq” və ya "tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

- hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir. "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər vermək məqsədilə reklam fəaliyyətinə nəzarət həyata keçirilir. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Sözügedən sahədə dövlət nəzarəti müntəzəm olaraq aparılan monitorinqlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlər əsasında yerinə yetirilir. Aparılmış monitorinqlər zamanı reklam subyektləri tərəfindən, xüsusilə də internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi halları aşkar edilir. Aşkar edilmiş pozuntu əlamətlərinin araşdırılması zamanı reklam subyektləri tərəfindən pozuntu əlamətlərinə daha çox internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda yol verildiyi müəyyən edilir. Belə ki, internet şəbəkəsi və texnologiyanın inkişafı səbəbindən yeni reklam daşıyıcılarının meydana gəlməsi və belə daşıyıcıların yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) təchiz edilməsinə baxmayaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda sözügedən məsələləri tənzim edən xüsusi normaların olmaması bir çox hallarda reklam subyektlərində çaşqınlıq yaranmasına səbəb olur və bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradırdı. Bu kimi halların aradan qaldırılması məqsədilə qanunda dəyişiklik edilmişdir.

"Əlavə olaraq bildiririk ki, reklam - istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Odur ki, rəqəmsal platforma təsirçiləri tərəfindən hər hansı bir əmtəəyə marağın formalaşdırılması, onun satışına stimul yaradılması reklam hesab edilir. Qanunvericiliyə əsasən, bəzi reklam üsulları qadağan edilib. Belə reklam üsullarına haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklam daxildir. Qadağan olunmuş digər reklam üsullarından biri də gizli reklamdır. "Gizli reklam” deyərkən reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, "reklam” yaxud "reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat başa düşülür. Mövcud qanunvericiliyə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub", - qurumdan verilən açıqlamada deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri