Icma.az
close
up
RU
Blogerlər bu qaydalara riayət etməlidir DETALLAR

Blogerlər bu qaydalara riayət etməlidir DETALLAR

Shownews saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. 

Modern.az yeni qanunla bağlı təfərrüatları öyrənmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və ya sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.

Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Rəqəmsal platforma təsirçisi kimdir?

Yeni dəyişikliyə əsasən qanuna "rəqəmsal platforma” və  "rəqəmsal platforma təsirçisi” kimi yeni terminlər əlavə edilib. Rəqəmsal platforma dedikdə reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri nəzərdə tutulur. Rəqəmsal platforma təsirçisi isə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki va ya hüquqi şəxsdir.

Blogerlər hansı qaydalara riayət etməlidir?

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam”, "reklam hüququ əsasında”, "sponsorluq” və ya "tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.

"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər vermək məqsədilə reklam fəaliyyətinə nəzarət həyata keçirilir. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Sözügedən sahədə dövlət nəzarəti müntəzəm olaraq aparılan monitorinqlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlər əsasında yerinə yetirilir. Aparılmış monitorinqlər zamanı reklam subyektləri tərəfindən, xüsusilə də internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi halları aşkar edilir. Aşkar edilmiş pozuntu əlamətlərinin araşdırılması zamanı reklam subyektləri tərəfindən pozuntu əlamətlərinə daha çox internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda yol verildiyi müəyyən edilir. Belə ki, internet şəbəkəsi və texnologiyanın inkişafı səbəbindən yeni reklam daşıyıcılarının meydana gəlməsi və belə daşıyıcıların yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) təchiz edilməsinə baxmayaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda sözügedən məsələləri tənzim edən xüsusi normaların olmaması bir çox hallarda reklam subyektlərində çaşqınlıq yaranmasına səbəb olur və bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradırdı. Bu kimi halların aradan qaldırılması məqsədilə qanunda dəyişiklik edilmişdir.

"Əlavə olaraq bildiririk ki, reklam - istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Odur ki, rəqəmsal platforma təsirçiləri tərəfindən hər hansı bir əmtəəyə marağın formalaşdırılması, onun satışına stimul yaradılması reklam hesab edilir. Qanunvericiliyə əsasən, bəzi reklam üsulları qadağan edilib. Belə reklam üsullarına haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklam daxildir. Qadağan olunmuş digər reklam üsullarından biri də gizli reklamdır. "Gizli reklam” deyərkən reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, "reklam” yaxud "reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat başa düşülür.

Mövcud qanunvericiliyə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub" deyə, qurumdan verilən açıqlamada deyilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://shownews.az
archiveBu xəbər 07 İyun 2025 07:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri