Bloomberg: gələn həftə Rusiya Ukrayna danışıqlarının ikinci raundu ola bilər
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bloomberg mənbələrinə istinadən yazır ki, Moskva və Kiyev arasında danışıqların ikinci raundu gələn həftə baş tuta bilər. Onların fikrincə, görüş və onun yeri Rusiyadan asılıdır. Məlumatı “Kommersant” verib.
Avropa liderləri və ABŞ Prezidenti Donald Tramp Vatikana potensial görüş yeri kimi baxır. Bloomberg-in həmsöhbətlərindən biri deyib ki, Rusiya tərəfi İstanbulda danışıqları davam etdirməyə meyllidir.
Agentliyin mənbələri Rusiya Prezidenti Vladimir Putinin Vatikana və ya başqa yerə danışıqlar aparmaq üçün gələcəyinə şübhə ilə yanaşır. Mənbələrin məlumatına görə, indi Rusiya Federasiyası üçün nümayəndə heyətlərinin texniki görüşləri daha cəlbedici görünür. ABŞ rəsmiləri isə Rusiya qrupunun tərkibini dəyişməkdə israrlıdırlar. Məsələn, prezidentin köməkçisi Vladimir Medinskinin danışıqlarda iştirakından yayınmaq istərdilər.
Mayın 21-də papa Müqəddəs Taxt-Tacın danışıqların Vatikanda aparılması təşəbbüsünü təsdiqləyib. Bu, Almaniya Kansleri Fridrix Merz tərəfindən təmsil olunan Almaniya da daxil olmaqla, bir çox Aİ ölkələri tərəfindən dəstəklənib. Rus Pravoslav Kilsəsinin nümayəndələri, Bloomberg-in fikrincə, Vatikanın danışıqlar yeri kimi seçilməsinin əleyhinədirlər.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















