Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Rusiya Ukrayna danışıqlarının ikinci raundu: Sülhə doğru, yoxsa müharibəyə fasilə?

Rusiya Ukrayna danışıqlarının ikinci raundu: Sülhə doğru, yoxsa müharibəyə fasilə?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

2022-ci ildə Rusiya tərəfindən başlanan işğalçı müharibədən sonra ilk dəfə 2024-cü il mayın 16-da Rusiya və Ukrayna arasında birbaşa danışıqlar İstanbulda baş tutdu. İlk raundun nəticəsi olaraq tərəflər arasında “1000-ə 1000” hərbi əsir mübadiləsi həyata keçirildi. Eyni zamanda atəşkəslə bağlı ilkin konturlar da müəyyənləşdi. İndi isə dünya növbəti – ikinci raundu gözləyir. Lakin bu dəfə ümidlər daha az, şübhələr isə daha çoxdur.

Rusiya: “Sülh istəyirik, amma döyüşə də davam edəcəyik”

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasında bəyan edib ki, Moskva atəşkəs dövründə Qərbin Ukraynaya silah tədarükünü və Kiyevin səfərbərliyini dayandırmasını tələb edir. Onun sözlərinə görə, Rusiya danışıqlara hazırdır və ikinci raundun 1 iyun tarixində yenə İstanbulda keçirilməsi planlaşdırılır. Lakin Nebenzya əlavə edib: “Biz lazım gəldiyi qədər döyüşməyə davam edəcəyik.”
Bu ritorika Rusiya tərəfinin ziddiyyətli mövqeyini və real sülh iradəsinin zəifliyini göstərir.

ABŞ: Moskva hərbi yolla nəticə əldə etmək istəyir

ABŞ nümayəndəsi bildirib ki, Rusiyanın sülh ritorikasına baxmayaraq, bir çox ölkə Moskvanın əsl məqsədinin atəşkəs deyil, hərbi qələbə olduğundan narahatdır. Bu narahatlıq səbəbsiz deyil: Rusiya hələ də danışıqlara dair təklif etdiyi memorandum layihəsini Ukrayna tərəfinə təqdim etməyib. Halbuki rəsmi şəxslər “sənəd demək olar ki, hazırdır” bəyanatını dəfələrlə səsləndiriblər.

Ukrayna: “Sənəd təqdim olunmadan danışıqlar mümkün deyil”

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Kiyev ikinci raundda iştirak etməyə hazırdır. Lakin bunun üçün Moskvanın konkret sənəd – memorandum təqdim etməsi vacibdir:
“Biz konstruktiv danışıqlarda maraqlıyıq, amma bu yalnız hüquqi sənəd əsasında mümkündür. Ukrayna öz layihəsini artıq təqdim edib.”

Ukraynanın təqdim etdiyi memorandumda quruda, dənizdə və havada eyni vaxtda atəşkəs, habelə beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə monitorinq nəzərdə tutulur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya danışıqlara təkcə memorandumla deyil, digər təkliflərlə də qatılacaq. Amma bu təkliflərin detallarını açıqlamayıb. Kreml sözçüsü Dmitri Peskov da bəyan edib ki, tərəflər danışıqlara qədər öz sənədlərini ictimaiyyətə təqdim etməyəcək.

Sülhə ümid, yoxsa siyasi manevr?

İstanbulda keçiriləcək ikinci raund sülhə doğru simvolik bir addım kimi təqdim olunsa da, tərəflərin verdiyi ziddiyyətli bəyanatlar, sənədlərin gizli saxlanması və xüsusilə də Rusiyanın “döyüşməyə davam edəcəyik” mesajı bu prosesin uğurla nəticələnəcəyinə dair inamı zəiflədir.

Ukrayna isə açıq şəkildə danışıqların imitasiyaya çevrilməməsini, real nəticəyə gətirib çıxaran hüquqi çərçivədə aparılmasını istəyir.

Növbəti günlər göstərəcək: İstanbul tərəflər üçün sülh meydanı olacaqmı, yoxsa sadəcə növbəti siyasi testə çevriləcək?

Rasim Əliyev

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri