Icma.az
close
up
RU
“Bloqer Arzum”un cinayət işinin detalları

“Bloqer Arzum”un cinayət işinin detalları

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.

Gununsesi.info  “Unikal”a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixində saat 00:53-də “Star lizinq” MMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə “Changan” markalı avtomobili icarəyə götürüb.

O, paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsiziyini təmin edib keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib.

O, “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əksistiqamətli hərəkət zolağına çıxıb.

İlduzə Hacıyeva onunla eyn istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi “Mercedes Benz D2” markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib.

O, yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vurub.

Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib.

Bundan başqa, İlduzə Elmar qızı Hacıyeva yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi “Changan” markalı avtomobilində yol-nəqliyyat hadisəsi yerindən qaçıb.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

“Arzum” ləqəbli bloqerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri