Bluetooth ilə izlənilə bilərsiniz
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Belçikanın Leuven Universitetində çalışan alimlər bir çox "Bluetooth" aksesuarında təhlükəli boşluqlar aşkar ediblər. Bu boşluqlar kiberhücumçulara istifadəçiləri gizli şəkildə izləmək və ya dinləmək imkanı yarada bilər.
Milli.Az-ın məlumatına görə, "PhoneArena" nəşri kibertəhlükəsizlik üzrə mütəxəssislərə istinad edərək bildirir ki, "WhisperPair" adı verilən bu zəifliklər Sony, JBL, Marshall, Xiaomi və Nothing kimi tanınmış markaların bəzi qulaqlıq modellərində mövcuddur.
Məlumata əsasən, problem smartfonların qulaqlıqları avtomatik tanıyıb sürətli şəkildə qoşulmasına imkan verən mexanizmlə bağlıdır. Bu texnologiya rahatlıq baxımından üstün olsa da, kifayət qədər güclü təhlükəsizlik yoxlaması aparmır.
Araşdırmalar göstərib ki, hücumçular təxminən 15 metr məsafədən Bluetooth bağlantısı vasitəsilə başqa bir şəxsin qulaqlığına xəbərsiz şəkildə qoşula bilirlər. Bu isə onlara səsləri dinləmək, yazmaq, hətta istifadəçinin yerini müəyyən etmək kimi ciddi risklər yaradır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















