Icma.az
close
up
RU
“Bluetooth” qulaqlıqlarında ciddi təhlükə Milyonlarla istifadəçi izlənmə riski ilə üzləşib

“Bluetooth” qulaqlıqlarında ciddi təhlükə Milyonlarla istifadəçi izlənmə riski ilə üzləşib

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Belçikanın “KU Leuven” Universitetinin tədqiqatçıları “Google”ın “Bluetooth” cihazlarını sürətli və asan bağlamaq üçün inkişaf etdirdiyi “Fast Pair” texnologiyasında ciddi təhlükəsizlik boşluqları aşkarlayıblar.
Bakupost.az “ZDNet”ə istinadən xəbər verir ki, araşdırmaya görə, bu boşluq bəzi qulaqlıqlar və səs aksesuarları istifadəçinin izlənməsinə imkan verə bilir.
Bu boşluğu “WhisperPair” adlandıran tədqiqatçılar qeyd ediblər ki, problem “Sony”, “JBL”, “Google” və “Anker” kimi məşhur markaların bəzi məhsullarını hələ də təsir edir. Testlərdə cihazların təxminən 14 metr məsafədən hədəf alınması mümkün olub.
“Google” məsələ ilə bağlı açıqlama verərək, boşluqların aradan qaldırıldığını və istifadəçilərin cihazlarının ələ keçirilməsinin və məkan izlənməsinin qarşısının alındığını bildirib. Şirkət həmçinin istifadəçilərə qulaqlıqların və səs aksesuarlarının ən son proqram təminatı yeniləmələrini yoxlamağı tövsiyə edib.
“Fast Pair” texnologiyası 2017-ci ildə təqdim olunub və “Android” ilə “Chrome” cihazlarının qulaqlıqlarla bir toxunuşla bağlantını təmin edir. Lakin protokol düzgün tətbiq olunmadıqda, qulaqlıqlar normal rejimdə olmasa belə, gələn bağlantı tələblərini qəbul edərək hücumçulara cihaz üzərində tam nəzarət imkanı yaradır. Bunun nəticəsində mikrofonlar vasitəsilə söhbətlər gizli dinlənilə və ya yazıla bilər, habelə səslərin parametrləri dəyişdirilə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, problem yalnız “Android” cihazlarla məhdudlaşmır. “iPhone” istifadəçiləri də təsirə məruz qala bilər. “Google” həmçinin “Find Hub” funksiyası olan, lakin hələ hesabla əlaqələndirilməmiş cihazlarda məkan izlənməsinin mümkünlüyünü təsdiqləyib.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri