BMT: 2025 ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 fevral, AZƏRTAC
2025-ci ildə Aralıq dənizi və Afrika Buynuzu kimi təhlükəli miqrasiya yollarında təxminən 8000 insan ölüb və ya itkin düşüb.
AZƏRTAC xəbər verir ki, BMT agentliyinin məlumatına görə, maliyyə vəsaitinin kəsilməsi humanitar yardımlara çıxışa və ölən insanların izlənməsinə təsir göstərdiyindən, faktiki ölüm sayının daha çox olması ehtimal olunur.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, Avropa, ABŞ və digər bölgələr hüquq-mühafizə orqanlarını gücləndirdikcə və miqrasiyanın qarşısını almaq üçün böyük sərmayə qoyduqca, qanuni miqrasiya yolları daralır və daha çox insan qaçaqmalçıların əlində qalır.
BMqT-nin baş direktoru Emi Poup cümə axşamı yayımlanan açıqlamada bildirib: “Miqrasiya yolları boyunca davamlı insan itkisi normal qəbul edə bilmədiyimiz qlobal bir uğursuzluqdur”.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, təhlükəli qeyri-qanuni səyahətlərə cəhd edənlərin sayının azalması səbəbindən miqrasiya yollarında ölənlərin sayı 2024-cü ildəki təxminən 9200-dən 2025-ci ildə 7667-yə düşsə də, bu azalma məlumat əldə etmək imkanının məhdudlaşması və ölümlərin izlənməsi səylərinə mane olan maliyyə çatışmazlığını əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Fevral 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















