BMT: 2025 ci ildə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb.
APA xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) açıqlayıb.
IOM, ölkələri insan alveri və miqrant qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün birgə fəaliyyət göstərməyə çağırıb.
Təşkilatın yaydığı açıqlamada bildirilib ki, sentyabrın 15-nə olan məlumata əsasən, bu il dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 39 faiz azalıb.
Buna baxmayaraq, ilin əvvəlindən etibarən ən azı 2292 nəfər ölüb və ya itkin düşüb. Ötən ilin eyni dövründə bu göstərici 1999 nəfər olub.
IOM-un baş direktoru Emi Poup onu da bildirib ki, miqrant qaçaqmalçıları əvvəlcədən plan qurur və ölkələr arasındakı boşluqlardan istifadə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Sentyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















