Icma.az
close
up
RU
BMT Baş Assambleyası Türkmənistanın daimi bitərəfliyi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Türkmənistanın daimi bitərəfliyi ilə bağlı qətnamə qəbul edib

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

BMT Baş Assambleyası Türkmənistanın daimi bitərəfliyi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası “Türkmənistanın daimi neytrallığı haqqında” qətnamə qəbul edib.

Sənəd BMT Baş Assambleyasının 79-cu sessiyasının 61-ci plenar iclasında gündəliyin “Sülh quruculuğu və sülhməramlılıq” bəndi çərçivəsində konsensusla qəbul edilib. Qətnamə 67 dövlət tərəfindən dəstəklənib.

Sənədi təqdim edən Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva qeyd edib ki, bitərəf status ölkənin xarici siyasətinin əsasını və Türkmənistanın sülhməramlı doktrinasının beynəlxalq aləmdə həyata keçirilməsinin əsasını təşkil edir.

Qətnamədə, xüsusilə, sülh danışıqlarının aparılması üçün neytral dövlətlərin ərazilərindən istifadə tövsiyə olunur. Vurğulanıb ki, Türkmənistan 1995-ci il dekabrın 12-də ölkənin daimi bitərəfliyi haqqında ilk qətnamənin qəbulundan sonra regional və qlobal səviyyədə qabaqlayıcı diplomatiya aləti kimi öz neytral kursunun səmərəliliyini ardıcıl şəkildə nümayiş etdirib.

Atayeva onu da qeyd edib ki, neytrallıq Türkmənistanın Konstitusiya Qanununda təsbit olunub və türkmən xalqının tarixi irsinə və adət-ənənələrinə əsaslanır və bu, sülh, dialoq və qarşılıqlı hörmətə üstünlük verir.

Türkmənistanın neytral siyasətinin praktiki təcəssümü BMT-nin Aşqabaddakı Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi və Mərkəzi Asiyada Sülh və Etimad Zonası kimi qurumlara çevrilib.

Türkmənistanın təşəbbüsü ilə 2017-ci ildə BMT Baş Assambleyası dekabrın 12-ni Beynəlxalq Bitərəflik Günü elan edib. BMT-də Bitərəflik Dostları Qrupu da yaradılıb və cari il Beynəlxalq Sülh və Etimad İli çərçivəsində tədbirlərlə yadda qalıb.

Əziz Mustafa, Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Mart 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri