Icma.az
close
up
RU
BMT Baş Assambleyası Yaxın Şərqdə vəziyyətlə bağlı iki qətnamə qəbul edib

BMT Baş Assambleyası Yaxın Şərqdə vəziyyətlə bağlı iki qətnamə qəbul edib

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qətnamələrdə Qəzza bölgəsində dərhal, qeyd -şərtsiz və daimi atəşkəs, bütün girovların azad edilməsi tələb edilir, habelə BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq Agentliyinin mandatı dəstəklənir..."

BMT Baş Assambleyasının sədri Yaxın Şərqdə vəziyyətlə bağlı 10-cu fövqəladə sessiyasının işini bərpa edib.

Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri məlumat yayıb.

Onlarla dünya dövlətləri nümayəndələrinin çıxış etdiyi çoxsaylı debatlardan sonra BMT Baş Assambleyası Qəzzada atəşkəs və BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq Agentliyinə dəstək üzrə qətnamələr qəbul edib.

Baş Assambleyasının sədri Yaxın Şərqdə vəziyyətlə bağlı 1950-ci ildə Baş Assambleyanın qəbul etdiyi qətnaməyə uyğun olaraq 10-cu fövqəladə sessiyasının işini bərpa edib.

"Sülh naminə birlik" adlı sənəd Baş Assambleyaya Təhlükəsizlik Şurasının özünün sülhü təmin etmək üzrə başlıca öhdəliyini icra etmək qabiliyyətində olmadığı halda toplaşmağı təklif edir. 

Hazırkı vəziyyətdə sessiyanın bərpa edilməsinə səbəb noyabrın 20-də Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsə çağırış edən qətnamə üzrə səsvermə zamanı ABŞ tərəfindən veto tətbiq edilməsi olub.

Qəzzada atəşkəs haqqında qətnamə

Çərşənbə günü BMT Baş Assambleyası Qəzza bölgəsində dərhal, qeyd-şərtsiz və daimi atəçkəs, habelə bütün girovların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamənin lehinə 158, əleyhinə 9 nümayəndə heyəti səs verib, 9 nümayəndə heyəti bitərəf qalıb.

Bir sıra ölkələr, o cümlədən Əlcəzair, Misir, Qətər və Fələstin dövlətinin təklif etdiyi sənəddə mülki şəxslərə və obyektlərə hücumları, insanların məcburi yerdəyişməsi və humanitar yardımın əngəllənməsini pisləyir.

Qətnamədə beynəlxalq humanitar hüquqa, mülki şəxslərin müdafiəsinə, habelə Qəzzaya təcili yardımın çatdırılmasına tam riayət edilməsinin zəruriliyi vurğulanır. Xüsusi diqqət mülki əhalinin, xüsusilə uşaqlar və qadınıarın həyatına təhlükə törədən fəlakətli humanitar vəziyyətə, xüsusilə ərzaq və tibbi yardımın çatışmazlığına yönəldilir. 

BMT baş katibi qətnamənin üç həftə ərzində icrası barədə hesabat təqdim edilməsi və günahkarların məsuliyyətə cəlb edilməsinin mexanizmlərini təklif etməyi tapşırıb.

Sənəddə həmçinin münaqişənin iki dövlət prinsipi əsasında həllinə, o cümlədən Qəzza bölgəsində Fələstin Administrasiyasının tam bərpa edilməsinə sədaqət təsdiq edilir. Qətnamə davam edən döyüş əməliyyatları və beynəlxalq birliyin münaqişənin nizamlanması üzrə səyləri fonunda qəbul edilib.

Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq Agentliyi barədə qətnamə

BMT Baş Assambleyasının qəbul etdiyi ikinci qətnamədə BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq Agentliyinin (bundan sonra Agentlik-red.) mandatını dəstəkləyir.

Bu qətnamə 159 lehinə, 9 əleyhinə səslə qəbul edilib, 11 nümayəndə heyəti bitərəf qalıb. Sənəddə regionda getdikcə pisləşən vəziyyət şəraitində Agentliyin humanitar fəaliyyətinin davam etdirilməsinin zəruriliyi vurğulanır.

Qətnamadə Agentliyin altı milyondan çox fələstinliyə həyati əhəmiyyətli yardım göstərilməsində kritik rolu qeyd edilir.

Baş Assambleya Agentliyin işinə maneçilik törədən, o cümlədən onun əməkdaşları və obyektlərinə hücumlar, habelə humanitar yardıma çıxışın məhdudlaşdırılmasına yönələn hərəkətləri pisləyib. BMT münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa riayət etməyə və Agentliyin maneəsiz fəaliyyətini təmin etməyə çağırış edib.

Qətnamə müəllifləri həmçinin Qəzza bölgəsində humanitar fəlakətlə bağlı narahatlığını ifadə edib və operativ yardımın, o cümlədən ərzaq, tibbi xidmətlər və infrastrukturun bərpasının vacibliyini vurğulayıb.

Qətnamənin təşəbbüskarı Fələstin, Əlcəzair, Misir, İordaniya, Qətər və bir sıra digər ölkələr olub. Bu sənəddə diqqət Agentliyin üzləşdiyi maliyyə böhranın qarşısının alınması və regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq dəstəyin zəruriliyinə yönəldilib.

Xatırladaq ki, Qəzza bölgəsində İsrail ordusunun ötən ilin oktyabrından apardığı hərbi əməliyyatlar nəticəsində 45 minə yaxın dinc insan amansızcasına qətlə yetirilib. Bu soyqırıma görə Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbslərinə order verib.

İsrail parlamentinin (Knesset) oktyabr ayında qəbul etdiyi qərara əsasən, 2025-ci ildən başlayaraq Agentliyin İsrail ərazisində istənilən fəaliyyəti qadağan edilib. Buna bəhanə kimi Agentlik əməkdaşlarının, guya, İsrailə qarşı terrorçuluq fəaliyyətində əli olmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri