BMT Baş Assambleyası Ukraynanın dayanıqlı sülh təşəbbüsünü dəstəkləyib
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT Baş Assambleyası Ukraynanın təşəbbüsü ilə irəli sürülən "Ukraynada dayanıqlı sülhün dəstəklənməsi" qətnaməsini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.
"Mən BMT Baş Assambleyasının Ukraynanın təşəbbüsü ilə "Ukraynada dayanıqlı sülhün dəstəklənməsi" qətnaməsini bu gün qəbul etməsini alqışlayıram. Həlledici məqamlarda beynəlxalq ictimaiyyət öz mövqeyində vahid və dəqiq olmalıdır. Bu gün o, bunu sübut etdi. Bizim üçün bu, sadəcə növbəti səsvermə deyil. Bu, Ukraynanın tək olmadığının və BMT Nizamnaməsinin prinsiplərinin hələ də əhəmiyyət kəsb etdiyinin təsdiqidir", - o yazıb.
Onun sözlərinə görə, 107 üzv dövlət bu qətnaməni dəstəkləyərək beynəlxalq ictimaiyyətə Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı mövqe barədə aydın siqnal göndərib.
O qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli, ədalətli və dayanıqlı sülhə nail olmaq üçün qətiyyətlə və ardıcıl hərəkət etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















