BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM in oynayacağı rol böyükdür
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
BMT AQEM ilə uzun illərdir əməkdaşlıq edir. AQEM-in tam səlahiyyətli regional təşkilata çevrilməsi səylərini dəstəkləyirik. Mövcud çağırışların aradan qaldırılmasında da bu təşkilat öz rolunu oynayacaq.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, dünya hazırda münaqişələrdən əziyyət çəkir. Bu dövrdə AQEM-in oynayacağı rol böyükdür.
Kaxa İmnadze qeyd edib ki, rəqəmsallaşma sahəsində bir çox uğurlar əldə olunub. Amma süni intellektin sürətlə inkişaf etdiyi, yayıldığı bir dövrdə əmin olmalıyıq ki, texnologiya gələcəyimizə işıq salsın. Dayanıqlı inkişaf üçün boşluqların aradan qaldırılmasına çox böyük ehtiyac var. Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün inkişaf etmiş dövlətlər digər dövlətlərə yardım göstərməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















