Icma.az
close
up
RU
BMT başda olmaqla, beynəlxalq təsisatların mövcud münaqişələrin həllində heç bir təsir imkanının olmadığını görürük

BMT başda olmaqla, beynəlxalq təsisatların mövcud münaqişələrin həllində heç bir təsir imkanının olmadığını görürük

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Beynəlxalq hüquq formal olaraq XX əsrin ortalarından, xüsusilə BMT-nin yaradılmasından sonra sistemli şəkildə qurulub, amma heç vaxt hamı üçün eyni cür işləməyib. O, güclü dövlətlər arasında tarazlıq olduqda qismən işləyib, bu tarazlıq pozulanda isə kağız üzərində qalıb. Son illərdə böyük müharibələr və cəzasız qalan pozuntular beynəlxalq hüququn təsir gücünü daha da zəiflədib. Reallıqda bu sistem daha çox güclü və qalib ölkələrin maraqlarını qoruyur. Zəif dövlətlər üçün beynəlxalq hüquq çox vaxt ədalət yox, ümid mənbəyi kimi qalır".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Xəyal Bəşirov

Beynəlxalq hüquq həqiqətən hamı üçün eynidirmi?

- Ümumiyyətlə, hazırda beynəlxalq hüququn işləmədiyini biz görürük və biz beynəlxalq hüququn işləməməsindən, ikili standartlar formasında yanaşmasından və eyni zamanda daha çox güclünün yanında olmasından ciddi şəkildə əziyyət çəkən dövlətlərdən və xalqlardan biriyik. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı biz 30 ilə yaxın bir müddət ərzində beynəlxalq hüququn prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, digər beynəlxalq hüquq sənədlərinin işləməsini gözlədik. Amma çox təəssüflər olsun ki, beynəlxalq hüquq işləmədi. Azərbaycanın ərazi bütövlüyünə dair Azərbaycan ərazilərinin işğaldan təmizlənməsinə dair qəbul edilən qərarlar sadəcə kağız üzərində qaldı. Çox təəssüflər olsun ki, bu proses bu gün də davam etməkdədir. Biz nəinki beynəlxalq hüququn ikili yanaşmasını görürük, ümumiyyətlə beynəlxalq hüququn işləməməsinin BMT başda olmaqla beynəlxalq təsisatların heç bir işə yaramadığını, beynəlxalq aləmdə mövcud olan münaqişələrin həllində heç bir təsir imkanlarının olmadığını görürük. Bu da güc amilini ortaya qoyur.

Güc amilinin, güclülərin daha çox proseslərə təsir etmək imkanı olduğu dönəmdə, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmaq ən yaxşı halda sadəlövhlük olardı.

Güclü dövlətlər qaydaları pozanda niyə cəzasız qalır?

- Çünki beynəlxalq hüquq işləmir. Bütün bunlar bir-biri ilə bağlı olan proseslərdir. Əgər beynəlxalq hüquq olsa, dünyada bütün dövlətlər beynəlxalq hüquq qarşısında bərabər hüquqlu, beynəlxalq hüquq subyektləri olsaydılar, orada artıq bu proseslərdən söhbət getməzdi. Amma beynəlxalq hüquq işləmirsə, beynəlxalq hüquq sadəcə kağız üzərində qalırsa, bir çox hallarda güclü dövlətlər və yaxud da ki, o güclü dövlətlərin dəstək göstərdiyi ayrı-ayrı dövlətlər beynəlxalq hüququ tapdalayırlarsa, o dövlətləri kim cəzalandıra bilər?

Necə ki, 30 ilə yaxın bir müddət ərzində Ermənistan bəzi dövlətlərdən dəstək alaraq beynəlxalq hüququ tapdalayır, Azərbaycan ərazilərini işğaldan azad etmirdi. Cəzalandırmaq üçün ilk öncə beynəlxalq hüquq olmalıdır, o işləməlidir, onun mexanizmləri qüvvədə olmalıdır. Bu, yoxdursa, artıq beynəlxalq hüquqdan və yaxud onun işləməsindən danışmaq mümkün deyil. Əgər beynəlxalq hüquq yoxdursa, o halda güclü həmişə haqlı hesab olunur.

Ümumiyyətlə, BMT başda olmaqla bütün beynəlxalq təsisatlar heç bir təsirə malik deyillər. Biz bunu təkcə keçmiş Qarabağ münaqişəsinə münasibətdə demirik. Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə baş verən proseslərdə, ABŞ-nin Qrenlandiyaya ayrı bir dövlətin ərazisinə iddia irəli sürdüyü prosesdə, Venesuelanın rəhbərini tutub öz ölkəsinə aparıb mühakimə etdiyi dönəmdə biz hansı beynəlxalq hüquqdan, hansı BMT-dən, hansı beynəlxalq təsisatlardan və yaxud beynəlxalq məhkəmələrdən danışa bilərik?

Beynəlxalq Cinayət Məhkəməsi bu gün bir sıra şəxslərin, məsələn, Rusiya prezidenti Vladimir Putinin, Rusiyadan olan digər şəxslərin, Rusiyanın müdafiə nazirinin həbsinə dair order verib. Beynəlxalq Cinayət Məhkəməsi bu gün İsrailin baş nazirinin nazirinin həbsinə order verib. Amma bu gün həmin o həbs orderləri işləyirmi və yaxud da ki, onları icra edən varmı? Təbii ki, yox. Mən düşünürəm ki, bu beynəlxalq hüququn iflasa uğraması deməkdir, beynəlxalq hüququn tənəzzülü deməkdir.

Hüququn yerini güc alırsa, bu sistem nə qədər davam edə bilər?

- Təbii ki, indiki dünyada biz bunun qüvvədə olma müddətini deyə bilmərik. Çünki hadisələr hər gün əvvəlkindən daha pis istiqamətdə, daha acınacaqlı istiqamətdə inkişaf edir. Əgər bu gün yeni siyasi düzən adı altında proseslər baş verirsə, bu gün Rusiya Ukraynaya hücum edirsə və Ukraynanın ərazilərini ilhaq edirsə, bu gün ABŞ Venesuelada əməliyyat keçirərək dövlət rəhbərini tutursa, Kanadaya iddia edirsə, bu gün Yaxın Şərqdə baş verən proseslər baş verirsə, biz yaxın perspektivdə hüququn yenidən öz yerini alması ehtimalını görə bilmirik. Ən azından üfüqdə görünmür. Güc o tərəzinin gözündə hüququ xeyli üstələyir, ondan xeyli ağır görünür. Ən azından yeni siyasi arxitektura qurulmayana qədər proseslər bu istiqamətdə davam edəcək.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri