BMT bayrağı Papa Fransiskin vəfatı ilə əlaqədar yarıya endirilib
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında ucaldılmış bayrağı Roma Papası Fransiskin vəfatı ilə əlaqədar yarıya endirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
Onun sözlərinə görə, bayrağın yarıya endirilməsi Papa Fransiskin dünya miqyasında sülh, ədalət və dini dözümlülük naminə göstərdiyi misilsiz xidmətlərə ehtiramın ifadəsidir.
Qeyd edək ki, katoliklərin ruhani lideri Papa Fransisk aprelin 21-də Vatikandakı “Casa Santa Marta” iqamətgahında 88 yaşında vəfat edib.
Dəfn mərasimində dünyanın müxtəlif ölkələrindən olan dövlət başçıları, yüksək səviyyəli nümayəndələr və dini liderlər iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabları açılacaq
21 Aprel 2025 17:32
Papa Fransiskin vəfatı: Kim idi o və nələri dəyişdi?
21 Aprel 2025 14:26
Papa Fransiskin səhhəti yaxşılaşır
05 Aprel 2025 06:34
Papa Fransiskin vəsiyyəti açıqlandı
22 Aprel 2025 11:03
Baxış sayı:74
Bu xəbər 30 Aprel 2025 04:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















