Icma.az
close
up
RU
BMT də Azərbaycanın mina problemi ilə bağlı brifinq keçirildi

BMT də Azərbaycanın mina problemi ilə bağlı brifinq keçirildi

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin Nyu-Yorkdakı baş qərargahında 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində Azərbaycanın mina problemi ilə bağlı brifinq keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti ilə insanların həyatının xilas edilməsi mövzusuna həsr olunub.

Brifinqdə Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəis müavini Anar Mütəllimov, BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycanın BMT yanında Daimi bümayəndəsi Tofiq Musayev, BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının rəsmiləri, Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktor müavini Rita Gunaryati Lubis, BMTİP-in Böhran Bürosunun rəhbəri Devanand Ramiah, Marşal İrsi İnstitutunun icraçı direktoru Elis Bekker, üzv ölkələrin nümayəndələri və BMT-də fəaliyyət göstərən jurnalistlər iştirak ediblər.

T.Musayev çıxışında Azərbaycanın 13 %-dən çox ərazisinin mina və partlayıcı sursatların təhlükəsi altında olduğunu vurğulayıb. O, 2020-ci ilin noyabrından etibarən ölkədə 388 mina partlayışı baş verdiyini, nəticədə 70 nəfərin həlak olduğunu, 318 nəfərin isə ağır yaralandığını bildirib. Diplomat Azərbaycanın humanitar minatəmizləməni milli səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG) kimi elan etdiyini xatırladıb və bu sahədə BMT ilə birgə üç beynəlxalq konfransın təşkil edildiyini qeyd edib.

Səfir həmçinin, Azərbaycanın İnsan Haqları Şurasında təqdim etdiyi və dünən qəbul edilən “Piyadalar əleyhinə minaların insan hüquqlarına təsiri” adlı qətnamə barədə qonaqlara məlumat verib.

Tədbirdə mina ilə çirklənmiş ərazilərdə aparılan minatəmizləmə və bərpa işlərini əks etdirən qısa film təqdim olunub.

F.Şəfiyev brifinqdə dünyada ən çox minalarla çirklənmiş ölkələr sırasında olan Azərbaycanın mina problemi barəsində geniş təqdimatla çıxış edib.

O, çıxışında BMT rəsmilərinə, üzv ölkələrin nümayəndələrinə və ictimaiyyətə Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinin vacib aspektləri barədə ətraflı məlumat verib.

A.Mütəllimov Azərbaycanın mina təhlükəsi ilə bağlı beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb və mina probleminin məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olduğunu vurğulayıb.

UNDP-nin nümayəndəsi Devanand Ramiah, ANAMA ilə uzunmüddətli əməkdaşlığa toxunaraq, beynəlxalq maliyyə dəstəyinin artdığını və qadınların mina təmizləmə fəaliyyətinə cəlb edilməsinin vacibliyini qeyd edib. Marşal İrsi İnstitutunun icraçı direktoru Elis Bekker təşkilatın Azərbaycana 93 mina axtaran it bağışladığını və bunun kifayət qədər böyük ərazinin təmizlənməsinə töhfə verdiyini bildirib.

BMT rəsmiləri Azərbaycanın beynəlxalq mina təmizləmə mərkəzi yaratmaq təşəbbüsünü yüksək qiymətləndirərək, Avropa İttifaqının bu məqsədlə 10 milyon avro ayırdığını bildiriblər. R.G.Lubis Azərbaycanın mina təmizləmə sahəsində liderliyini vurğulayıb.

Tədbirdə mina təhlükəsi, humanitar fəaliyyət və beynəlxalq əməkdaşlıq mövzularında müzakirələr aparılıb, Azərbaycan bu sahədə qlobal səylərə verdiyi töhfələrə görə yüksək qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Aprel 2025 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri