Icma.az
close
up
RU
Azərbaycanın üzləşdiyi mina problemi BMT də müzakirə olunub FOTOLAR

Azərbaycanın üzləşdiyi mina problemi BMT də müzakirə olunub FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Cenevrədə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında Azərbaycanın üzləşdiyi mina problemi, onun aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət haqqında təqdimat edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın Cenevrədəki nümayəndə heyətinə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov rəhbərlik edir.

Nümayəndə heyəti BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında plenar sessiya və yan tədbirlərə qatılıb.

Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli Potensialın İnkişafı: Minalarla Mübarizədə Effektiv Lokallaşdırma” mövzusunda plenar sessiyada panelist qismində iştirak və çıxış edib.

İclasda ANAMA tərəfindən təşkil olunan “Humanitar minatəmizləmə fəaliyyətində tədqiqat, innovasiya və texnologiyanın inkişafı” adlı yan tədbirdə isə Agentliyin nümayəndəsi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və BMT-nin bu sahə üzrə ekspertləri panelist qismində iştirak edib.

ANAMA-nın İdarə heyətinin sədr müavini Samir Poladov minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğunu bildirib:

"Azərbaycan minatəmizləmə fəaliyyətinə innovasiya və texnologiyanın inteqrasiyası, resursların optimallaşdırılması üçün yeni imkanlar istiqamətində mühüm addımlar atır".

Tədbir çərçivəsində humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər, minatəmizləmə əməliyyatları zamanı prioritetlər və çağırışlar, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin innovativ yanaşmalarda rolu və bu istiqamətdə əməkdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri