“BMT də Paşinyanın çıxışı Azərbaycanın mövqeyini təsdiqlədi” KOMİTƏ SƏDRİ
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Cənab Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyasında çıxışı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icrası və Azərbaycanın bu prosesdəki rolunu əsas mövzu kimi önə çıxardı. Prezident vurğuladı ki, artıq müharibə dövrü bitib və gələcək addımlar yalnız sülhə xidmət etməlidir. Bu çıxış eyni zamanda dünya ictimaiyyətinə sülhə çağırış kimi təqdim olundu”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:
“Paşinyanın BMT-dəki çıxışı da mühüm əhəmiyyət kəsb edir. O, sülhün bərqərar olması istiqamətində addımların atılacağını açıqladı. Bununla yanaşı, BMT-yə getməzdən əvvəl Paşinyan Rusiyada görüşlər keçirdi və bu bəyanatlar, görünür, həmin razılaşmaların nəticəsi idi. Bu addımlar Rusiya-Ermənistan münasibətlərindəki maraqları və regiondakı siyasi təsirləri ortaya qoyur”.
Arzu Nağıyev qeyd edib ki, Paşinyanın BMT-dəki çıxışında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması Prezident İlham Əliyevin fikirlərini təsdiqləyir.
“Bu da göstərir ki, Paşinyan artıq sülh istiqamətində addımlar atmalı olduğunu dərk edir. Revanşist ideyaların və ya hərbi münaqişələrin qabardılması isə bu mərhələdə mümkün görünmür.
Bu proseslər Vaşinqton görüşü və digər diplomatik addımlar çərçivəsində Azərbaycanın tələbləri və sülhə dair siyasəti ilə birbaşa bağlıdır. Əsas mesaj odur ki, regionda sabitlik və sülh yalnız qarşılıqlı anlaşma və dialoq yolu ilə təmin edilə bilər”-deyə deputat əlavə edib.
Şəbnəm


