Icma.az
close
up
RU
Komitə sədri: Büdcənin strateji istiqamətləri Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirir

Komitə sədri: Büdcənin strateji istiqamətləri Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı iqtisadi siyasətin həm prinsipləri, həm də əsas hədəfləri olaraq müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarını nəzərə alır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin dekabrın 3-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edərkən deyib.

O bildirib ki, sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir. İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur.

“Böyük Qayıdış proqramının maliyyələşdirilməsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcəkdir. İqtisadi və maliyyə imkanlarımıza adekvat olaraq müdafiə və milli təhlükəsizliyimiz üçün büdcə vəsaitlərinin artırılması həm ölkəmizin təhlükəsizliyinə, həm də regionda sülhün və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi lider mövqeyini daha da möhkəmləndirir”, - deyə Azər Əmiraslanov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri