Icma.az
close
up
RU
BMT dəki bəyanatlar Qəzzada sülh üçün yeni diplomatik təşəbbüslərə yol aça bilər

BMT dəki bəyanatlar Qəzzada sülh üçün yeni diplomatik təşəbbüslərə yol aça bilər

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasında çıxış edərək, Qəzzadakı vəziyyətə diqqət çəkib. O bildirib ki, İsrail silahlı qüvvələri Qəzzadan çıxarılmalı, tezliklə atəşkəs elan edilməli və humanitar yardımlar maneəsiz şəkildə çatdırılmalıdır. Ərdoğan həmçinin Fələstin dövlətini tanıyan Qərb ölkələrini təbrik edərək, Qəzzanın Fələstinin ayrılmaz parçası olduğunu vurğulayıb və Qəzzadakı vəziyyəti soyqırım adlandıraraq Fələstinə dəstəyini ifadə edib.

Türkiyə Prezidenti Ərdoğanın BMT-də Qəzzaya dair çıxışında İsrailin geri çəkilməsi və atəşkəs çağırışlarını vurğulaması bölgədəki mövcud gərginliyə necə təsir edə bilər və beynəlxalq reaksiya nə dərəcədə effektli ola bilər?

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Ərdoğanın BMT-nin Baş Assambleyasında İsrailin Qəzzadan çəkilməsi, dərhal atəşkəs və humanitar yardımın təmin edilməsi ilə bağlı çıxışı beynəlxalq arenada İsrailə qarşı təzyiqi artıra bilər.

"Bu çıxış Türkiyənin regional liderlik iddiasını gücləndirir və Fələstin məsələsindəki mövqeyini bir daha təsdiqləyir. Ərdoğanın Qəzzadakı vəziyyəti "soyqırım" adlandırması bu problemin humanitar böhran səviyyəsində qavranılmasına xidmət edir. Bu kimi sərt bəyanatlar beynəlxalq ictimaiyyətdə İsrailin hərbi əməliyyatlarına qarşı narazılığı artıra bilər. Xüsusilə Qərb ölkələrinin Fələstin dövlətini tanıyan addımları fonunda bu cür çıxışlar beynəlxalq hüquq və ədalət məsələlərini ön plana çıxarır. BMT platforması bu çağırışların daha geniş auditoriyaya çatmasına imkan yaradır və digər ölkələri oxşar addımlar atmağa təşviq edə bilər.
Türkiyənin mövqeyi regionda müxtəlif dövlətlərlə diplomatik münasibətlərinə də təsir edə bilər. Bir tərəfdən, Fələstini dəstəkləyən ölkələr Türkiyəyə daha çox yaxınlaşa bilər, digər tərəfdən, İsraillə münasibətlərdə gərginlik arta bilər".

Politoloq qeyd etdi ki, BMT-də səsləndirilən bəyanatlar Qəzzada sülh prosesinin bərqərar olması üçün yeni bir diplomatik təşəbbüslərin yaranmasına səbəb ola bilər.

"Lakin belə bəyanatların praktik effektliliyi bir sıra amillərdən asılıdır. Bunların arasında ABŞ və digər böyük güclərin mövqeyi, İsrailin daxili siyasi vəziyyəti və regiondakı digər aktorların reaksiyası yer alır. Əgər beynəlxalq ictimaiyyət Türkiyənin çağırışlarını dəstəkləyərək İsrailə qarşı birgə təzyiq mexanizmləri işə sala bilərsə, atəşkəs və humanitar yardımın çatdırılması məsələsi daha tezliklə həll oluna bilər. Ərdoğanın  çıxışı regional gərginliyi azaltmaq potensialına malikdir, bu da beynəlxalq reaksiyanın necə formalaşacağından asılıdır. Xüsusilə də Qərb ölkələrinin reaksiyası bu prosesdə mühüm rol oynayacaq. Fələstin dövlətini tanıyan Qərb ölkələrinin addımları Ərdoğanın çıxışının yaratdığı diplomatik mühitdə bir sıra yeni imkanlar açır. Bu imkanlar Fələstin-İsrail münaqişəsinin həlli üçün daha geniş və çoxtərəfli yanaşmaların yaranmasına səbəb ola bilər. Bu kontekstdə, BMT-nin 80-ci Baş Assambleyası münaqişənin həlli üçün yeni bir fəaliyyət planının başlanğıcı ola bilər".

Müsahibimizin fikrincə, Ərdoğanın çıxışı, regionda və beynəlxalq arenada gərginliyi azaltmağa xidmət edə bilər, çünki bu çıxış beynəlxalq hüquqa və humanitar prinsiplərə əsaslanır. 

"Eyni zamanda bu çıxış İsrailə qarşı beynəlxalq təzyiqi artıraraq tərəfləri danışıqlar masasına əyləşməyə sövq edə bilər. Bu, BMT platformasının sülhün bərqərar olması üçün necə istifadə oluna biləcəyinə dair bir nümunədir.
Ərdoğanın Qəzzaya dair çıxışı Türkiyənin beynəlxalq səviyyədə bir mediator və sülh qurucusu kimi rolunu gücləndirmək məqsədi güdür. O, həm Fələstin xalqına dəstəyini ifadə edir, həm də beynəlxalq ictimaiyyəti fəaliyyətə çağırır. Bu, bölgədə davamlı sülhə nail olmaq üçün vacib bir diplomatik addım kimi qəbul edilə bilər", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri