Icma.az
close
up
RU
Qəzzada sabitlik üçün...

Qəzzada sabitlik üçün...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mahmud Abbas Türkiyəyə gəldi - ABŞ prosesi sürətləndirir

Yaxın Şərqin sülh planı mərhələli şəkildə icra olunur. Proseslərin inkişafı ağır getsə də, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Türkiyə də daxil olmaqla bir neçə ölkənin vasitəçiliyi ilə formalaşan Sülh Şurasının Qəzza ilə bağlı planında dəyişiklik yoxdur. Azərbaycanın da üzvü olduğu Sülh Şurası yarandığı qısa müddət ərzində bir sıra mühüm irəliləyişlərə nail olub - ilkin və ən diqqətçəkən nəticə kimi Qəzzada hərbi əməliyyatların dayandırılması istiqamətində atılan addımları göstərmək olar.

Qəzza zolağında baş verən hadisələr təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi risklər yaradırdı. Humanitar böhranın dərinləşməsi, mülki əhalinin əziyyət çəkməsi və infrastrukturun dağıdılması beynəlxalq mexanizmlərin daha operativ fəaliyyət göstərməsini tələb edirdi. Bu baxımdan “Sülh Şurası”nın çevik qərarvermə modeli özünü praktik müstəvidə doğrultmağa başlayıb.

Ərdoğan: Qəzzada yenidənqurma prosesi üçün lazımi şərtlər və təhlükəsizliyin təmini mümkün qədər tez təmin edilməlidir

Bütün bunlarla yanaşı, Fələstin məsələsi Yaxın və Orta şərq üçün ən mühüm amillərdən biri kimi qalmaqda davam edir. Bu Fələstin Prezidenti Mahmud Abbasın Türkiyə səfəri zamanı bir daha müşahidə olundu. Qeyd edək ki, avqustun 11-13 aralığında Türkiyəyə səfər edən Mahmud Abbas bir sıra görüşlər keçirib. Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra Beştəpədə birgə mətbuat konfransı keçirən ölkə başçıları mühüm məqamlara toxunublar. Prezident Ərdoğan bildirib ki, Türkiyə prosesi iki dövlətli həll yolu əsasında Fələstinlə məsləhətləşmələr çərçivəsində davam etdirir: “BMT-nin məlumatlarına görə, təkcə 2026-cı ildə məskunlaşma terroru, dağıntılar və qovulmalar təxminən 3800 fələstinlini didərgin salıb və təxminən 100 fələstinli qardaşımız və bacılarımız qətlə yetirilib. Bu vəziyyət sistematik işğalın və Fələstin administrasiyasının öz torpağında nəfəs almasını qeyri-mümkün etməyə yönəlmiş bir deportasiya strategiyasının məhsuludur. Suveren Fələstin dövlətinin mövcudluğu sarsılır”.

Prezident Ərdoğan çıxışında Qəzza sülh planına da toxunub. Bildirib ki, Qəzzada bütün razılaşmalara və beynəlxalq səylərə baxmayaraq, İsrail administrasiyası barışmaz və aqressiv mövqeyini davam etdirir. Qəzzada yenidənqurma prosesi üçün lazımi şərtlər və təhlükəsizliyin təmini mümkün qədər tez təmin edilməlidir.

Mahmud Abbas: Qəzzada dövlət ola bilməz, Qəzzasız dövlət də ola bilməz

Fələstin Prezidenti Mahmud Abbas çıxışında Prezident Ərdoğana və Türkiyəyə Fələstin məsələsinə verdiyi dəstəyə görə təşəkkür edib. Qəzzada atəşkəsin olmasına baxmayaraq, humanitar yardımın gətirilməsi məsələsində böyük problemlərin yaşandığını bildirib: “Biz Fələstinin qanuni suverenliyinin mümkün qədər tez Qəzzaya qayıtmasını istəyirik. Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir. Qəzzada dövlət ola bilməz, Qəzzasız dövlət də ola bilməz. Bunlar yalnız Fələstin dövləti qurulduqdan sonra baş verəcək. Biz öz torpağımızda möhkəm dururuq, köçkünlüyə qarşıyıq. Xalqımız müstəqillik və azadlığa qovuşana qədər sizin dəstəyinizi gözləyirik”.

Plan davam edir...

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Qəzzada sülhə nail olmaq üçün hazırlanmış 15 maddəlik planla bağlı müzakirələr davam edir. Ən son olaraq İsrail Baş naziri Benyamin Netanyahunun planı rədd etdikləri barədə açıqlaması çaşqınlığa səbəb olmuşdu və planın gələcəyi ilə bağlı sual yaratmışdı. İsrail mətbuatında yer alan xəbərlərə görə, Qəzza Sülh Şurası İsraildən planın həyata keçməsinə imkan yaradılmasını, mövcud xətti mövqeyini qorumasını və əsgərlərə birbaşa təhlükə olmadığı təqdirdə xəttdən kənara atəş açmamasını tələb etmişdi.

Artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Trampın müşaviri Cared Kuşner arasındakı təmasdan sonra Qəzza planına şans verməyə hazır olduğu bildirilir. İsrailin 12-ci Kanal televiziyasının məlumatına görə, Netanyahu ötən həftə Kuşnerlə telefonla danışıb. Medianın məlumatına görə, Netanyahu telefon danışığı zamanı HƏMAS-ın silahı yerə qoyacağına inanmadığını, lakin plana şans verməyə hazır olduğunu, eləcə də  Qəzzaya hücumları azaltmağa, İsrail ordusunun mövcud “sarı xəttin” qərbinə doğru irəliləməməsinə sadiq qaldığını bildirib.

Qəzza Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov Kanal 12 televiziyasına verdiyi müsahibədə yol xəritəsinin Qəzza zolağının bir daha İsrailin təhlükəsizliyinə təhdid yaratmayacağına zəmanət verməyi hədəflədiyini bildirib və əlavə edib ki, İsrail yerində silahsızlaşdırma istiqamətində konkret addımlar atılmadan geri çəkilməyə məcbur deyil.

Mladenov deyib: “Əgər faktiki silahsızlaşdırma baş verərsə, qruplardan silahlar götürülərsə, saxlanılarsa və nəticədə istifadəyə yararsız hala salınarsa, bəli, İsrail Qəzzadan geri çəkiləcək”. Bununla belə, Mladenov həmçinin Vaşinqtonun dəstəklədiyi Qəzza planının 7 oktyabr hücumunun təkrarlanmasının qarşısını almağın “yeganə yolu” olduğunu bildirib.

Kuşner İsrailə gedir

Mahmud Abbasın Türkiyə səfərinin ardından Cared Kuşnerin İsrailə səfəri planqlaşdırılır. Trampın xüsusi müşaviri Təl-Əvivdə Qəzza ilə bağlı müzakirə aparacaq. Kuşnerin səfəri Ağ Evin Qəzza planının növbəti mərhələsini irəlilətmək səyləri fonunda baş verir. Bu mərhələdə HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi nəzərdə tutulur. O, həmçinin Qahirədə Qəzza vasitəçiləri ilə görüşməlidir.

“Axios” səfər planları ilə tanış mənbələrə istinadən xəbər verir ki, bu ABŞ Prezidentinin elçisinin yanvar ayından bəri İsrailə ilk səfəridir. Adı açıqlanmayan bir məmur nəşrə bildirib ki, “Strateji məqsədlə razıyıq, lakin İsrail planla bağlı bəzi narahatlıqlarını ifadə edib və koordinasiya etdiyimizdən əmin olmaq üçün onlarla danışmaq istəyirik”. O, həmçinin səfərin tarixinin dəyişə biləcəyini qeyd edib.

Kuşnerdən əlavə, Sülh Şurasının “ali nümayəndəsi” Nikolay Mladenov və digər rəsmilərin İsrailə səfəri planlaşdırılır.

İyul ayında HƏMAS Qəzzadakı hökumətinin buraxıldığını və hakimiyyətin BMT tərəfindən dəstəklənən texniki komitəyə ötürülməsinə hazırlıq gördüyünü elan edib. “Associated Press”-in məlumatına görə, bu qərar ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə əldə edilən atəşkəs razılaşmasının bir hissəsidir.

HƏMAS sadiq qaldığını bəyan edir

Bu arada, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin tamamlanması üçün yol xəritəsi ilə bağlı vasitəçilər və Sülh Şurası ilə əldə edilən razılığa sadiq qaldığını bildirib. HƏMAS razılaşdırılmış 15 bəndin həyata keçirilməsində ciddi və məsuliyyətlə iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib və onların həyata keçirilməsi üçün dəqiq bir cədvəl tələb edib. Vasitəçiləri, zaminləri və Sülh Şurasını öz vəzifələrini yerinə yetirməyə çağıran HƏMAS, bütün tərəflərdən razılaşdırılmış bəndlərə riayət etmələrini və icranı poza biləcək və ya müqaviləni zəiflədə biləcək hər hansı bir pozuntu və ya sui-istifadənin qarşısını almağa çağırış edib.

Netanyahunun etirazının pərdə arxası...

İyulun sonunda ABŞ prezidenti Donald Tramp Sülh Şurası və HƏMAS-ın “tarixi razılaşma” əldə etdiyini və bu razılaşmaya əsasən qrupun tamamilə tərksilah edilməsi barədə razılığa gəldiyini açıqlayıb. Razılaşma həmçinin Qəzzadakı bütün digər silahlı qrupların tərksilah edilməsini tələb edir. “Bu, davamlı sülh və təhlükəsizliyə doğru monumental bir addımdır”, - deyə Tramp bildirmişdi.

Amerika mətbuatı isə Netanyahunun Trampın planına “açıq etirazını” İsraildə qarşıdan gələn seçkilərlə əlaqələndirib. CNN bildirir ki, Netanyahu seçkilərdən əvvəl onu hakimiyyətdə saxlaya biləcək bir koalisiyanın təməlini qoyur. Bildirilir ki, Netanyahu buna görə də hazırkı mühafizəkar müttəfiqləri ilə yenidən tərəfdaşlıq etmək və Qəzza məsələsində “qəti mövqe” tutması ilə bağlı görüntü yaratmaq istəyir.

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Avqust 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see239

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see239

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see190

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see190

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see188

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see185

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see184

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see182

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see181

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see178

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see177

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see167

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see166

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see166

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see164

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see163

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see163

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see159

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see155

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri