Icma.az
close
up
RU
BMT dən ABŞ və Venesuela açıqlaması

BMT dən ABŞ və Venesuela açıqlaması

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ-nin Karib dənizinin cənubunda Venesueladan ayrılan və "narkotiklə dolu" olduğu iddia edilən gəmiyə hücum etməsi ilə bağlı "ABŞ ilə Venesuela arasında artan gərginlikdən ciddi narahat olduqlarını" açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Nyu-Yorkdakı BMT Baş Qərargahında keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-nin Venesueladan ayrılan və "narkotiklə dolu" olduğu iddia edilən gəmiyə hücumu ilə bağlı suala cavab olaraq Dujarrik bildirib:

“ABŞ Prezidentinin açıqlamasını gördük. Videonu izlədik. Ümumilikdə, ABŞ ilə Venesuela arasında artan gərginlikdən ciddi narahat olduğumuzu deyə bilərəm”.

O, gərginliyin azaldılmasının və münaqişələrin beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun şəkildə sülh yolu ilə həllinin vacib olduğunu vurğulayıb.

ABŞ-nin həyata keçirdiyi ölümcül hücumun qanuni olub-olmadığına dair suala cavab olaraq Dujarrik bildirib ki, BMT bu hücumun qanuniliyinə dair mövqe bildirmək səlahiyyətində deyil, lakin transmilli narkotik ticarət böyük təhlükə yaradır:

“Bizim üçün əsas məsələ bu cür transmilli cinayət təhdidləri ilə mübarizə səylərinin hüququn aliliyi, əsas hüquqların qorunması kimi prinsiplərlə uyğunluğunu təmin etmək üçün bütün tərəflərin əməkdaşlığını və konstruktiv dialoqu gücləndirməsidir”.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Trump özünə məxsus "Truth" sosial media platformasında paylaşım edərək Karib dənizinin cənubunda Venesueladan ayrılan və "narkotiklə dolu" olduğunu iddia etdiyi gəmiyə hücum etdiklərini və hücum nəticəsində 11 nəfərin öldüyünü bildirib.
Daha sonra Ağ Evdə keçirilən mətbuat konfransında hücumla bağlı suala cavab olaraq Tramp bunları deyib:

“Uzun müddətdir ölkəmizə çoxlu narkotik daxil olurdu və bunların əksəriyyəti Venesueladan gəlirdi. Biz də o gəmini məhv etdik”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri