Icma.az
close
up
RU
Venesuela BMT yə ABŞ dən şikayət etdi

Venesuela BMT yə ABŞ dən şikayət etdi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Venesuela Amerika Birləşmiş Ştatlarının Karib dənizində dəniz və hava qüvvələri yerləşdirməsini Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edərək bunun regional sülh və sabitlik üçün ciddi təhdid yaratdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyi vasitəsilə BMT Baş katibi Antonio Quterreşə təqdim edilən və Prezident Nikolas Maduronun imzasını daşıyan rəsmi məktubda, ABŞ-nin Karib dənizinə hərbi gəmilər və sürətli hücum qabiliyyətinə malik nüvə sualtı qayığı yerləşdirməsinin “misilsiz bir təhdid səviyyəsi” yaratdığı vurğulanıb.

Karakas hökuməti bölgəyə ilk dəfə nüvə imkanlarına malik hərbi vasitələrin yerləşdirildiyini bildirərək, bunun Latın Amerikası və Karib dənizinin nüvə silahlarından azad edilməsini nəzərdə tutan Tlatelolko Müqaviləsini pozduğunu, ABŞ-nin da həmin müqavilənin protokollarına tərəf olduğunu qeyd edib.

Venesuela həmçinin bu addımın BMT Nizamnaməsinin suveren bərabərlik, münaqişələrin sülh yolu ilə həlli, güc tətbiqinin qadağan olunması və daxili işlərə qarışmamaq prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Bəyanatda 2014-cü ildə Latın Amerikası və Karib Dövlətləri Birliyi (CELAC) tərəfindən qəbul edilmiş və regionu “Sülh Zonası” elan edən bəyannamənin də nəzərə alınmadığına diqqət çəkilib.

Maduro, BMT Baş katibinə ünvanladığı məktubda: “Bəşəriyyət XXI əsrdə sülh və təhlükəsizliyi təhdid edən güc siyasətinin yenidən dirçəlməsinə imkan verə bilməz” deyib. Venesuela hökuməti isə ölkənin sülhə sadiq olduğunu vurğulayaraq, “heç vaxt güc tətbiqini və ya devredilməz hüquqlarının pozulmasını qəbul etməyəcəyini” açıqlayıb.

Venesuela, Karib dənizinə nüvə elementlərinin gətirilməsinin “yarımkürə sabitliyinə zərər vurduğunu, nüvə silahlarının yayılmaması və silahsızlanma rejiminə inamı sarsıtdığını” qeyd edib. 2014-cü ildə Havanada keçirilən CELAC Zirvəsində Latın Amerikası və Karib dənizi “Sülh Zonası” elan edilmiş və üzv ölkələr münaqişələrin sülh yolu ilə həllini təşviq etmək, güc tətbiqini rədd etmək barədə öhdəlik götürmüşdülər. ABŞ isə CELAC-a üzv ölkələr arasında yer almır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see264

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see248

Yayda arılardan qurtulmağın ən sadə yolu

24 İyul 2026 18:10see216

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

24 İyul 2026 20:59see188

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see187

Bu havada çölə çıxmaq təhlükəli ola bilər Professor xəbərdarlıq ETDİ

24 İyul 2026 20:03see173

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see172

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see171

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see170

Conni Depp böyük ekrana qayıdır...

24 İyul 2026 21:50see170

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see169

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see168

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see168

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see167

“Aslanlar” Avstriyada uduzdu

25 İyul 2026 00:06see166

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see166

Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşır Zelenski açıqladı

25 İyul 2026 00:11see165

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see162

Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

25 İyul 2026 05:21see154

Nigar Camal “Dream Fest”də diqqət çəkdi VİDEO

25 İyul 2026 01:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri