Icma.az
close
up
RU
BMT: Dünya əhalisinin təxminən 60 faizi süni intellektə məşğulluq fürsəti kimi baxır

BMT: Dünya əhalisinin təxminən 60 faizi süni intellektə məşğulluq fürsəti kimi baxır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) mayın 6-da açıqladığı yeni hesabata əsasən, insan inkişafının tempi son 35 ildə yavaşlayıb.

AZƏRTAC UNDP mətbuat xidmətinə istinadla xəbər verir ki, hesabatda süni intellektin (AI) inkişafa yeni təkan verə biləcək bir alət kimi potensialı vurğulanır. Hesabatda 2020-2021-ci illərdəki böhrandan sonra tədrici inkişaf prosesinin getməsi deyil, gözlənilməz yavaşlama qeyd olunur. Həmin dövr istisna olmaqla, yeni hesabatda proqnozlaşdırılan qlobal İnsan İnkişafı İndeksində cüzi artım 1990-cı ildən bəri ən kiçik göstəricidir.

Yeni İnsan İnkişafı Hesabatı süni intellekt (AI) əsrində insanlar və imkanlar, səhiyyə, təhsil və gəlir səviyyələrində nailiyyətləri əhatə edən İnsan İnkişafı İndeksini (İİİ) təşkil edən bir sıra göstəricilər üzrə inkişaf tərəqqisini təhlil edib.

Təəssüf ki, 2024-cü il üçün proqnozlaşdırılan İİİ dəyəri dünya miqyasında əhəmiyyətli müsbət dəyişiklikləri göstərmir. Qlobal artımın yavaşlamasının həyəcanverici tempinə əlavə olaraq, hesabat varlı və yoxsul ölkələr arasında artan bərabərsizliyi qeyd edir. UNDP vurğulayır ki, qlobal çağırışların təzyiqi altında ənənəvi inkişaf yolları getdikcə daraldıqca, irəliləyişin uzunmüddətli durğunluğunu aradan qaldırmaq üçün qəti tədbirlərə ehtiyac var.

UNDP qeyd edir: “Biz onilliklər ərzində 2030-cu ilə qədər insan inkişafının çox yüksək səviyyəsinə nail olmaq yolundayıq, lakin hazırkı yavaşlama qlobal tərəqqi üçün real təhlükədən xəbər verir. 2024-cü ilin ləng tərəqqisi normal qəbul olunarsa, o zaman 2030-cu il hədəflərinə çatmaq onilliklərlə gecikə bilər. Bütün bunlar dünyamızı daha az təhlükəsiz, daha çox bölünmüş, iqtisadi və ekoloji şoklara qarşı daha həssas edəcək”.

Hesabata görə, İİİ üzrə aşağı və çox yüksək bal toplayan ölkələr arasında uçurum artıq dördüncü ildir ki, dərinləşib. İndeksdə aşağı göstəriciləri olan inkişaf etməkdə olan ölkələr artan qlobal ticarət gərginliyi, pisləşən borc böhranı və işsiz sənayeləşmə kontekstində ciddi problemlərlə üzləşir.

UNDP bütün bu problemlərin fonunda süni intellektin perspektivlərinə diqqət çəkir: “Süni intellekt həyatımızın bir çox sahələrinə sürətlə nüfuz edir və biz onun inkişaf potensialını ciddi şəkildə düşünməliyik. Demək olar ki, hər gün yeni texnologiyalar ortaya çıxır. Süni intellekt bütün problemlərin universal həlli olmasa da, inkişafa yeni təkan verə, habelə bəşəriyyət üçün yeni imkanlar və perspektivlər aça bilər”.

Hesabatda insanların süni intellektin tətbiqi ilə bağlı dəyişikliklərlə bağlı ehtiyatlı optimizm ifadə etdiyi son sorğunun nəticələri təqdim olunub: “Dünya üzrə respondentlərin hər ikisindən biri öz işini avtomatlaşdıra biləcəyinə inanır. Eyni zamanda, onların 60 faizi süni intellektin hələ mövcud olmayan peşələrdə yeni karyera imkanları açacağına əmindir. İştirakçıların yalnız 13 faizi süni intellektin iş itkisinə səbəb ola biləcəyindən ehtiyat edir. Eyni zamanda, aşağı və orta İİİ ölkələrində respondentlərin 70 faizi süni intellektin məhsuldarlığı artıracağını gözləyir, üçdə ikisi isə gələn il AI-dən təhsil, səhiyyə və ya iş prosesində istifadə etməyi planlaşdırır.

Hesabatın müəllifləri inkişaf strategiyalarının yenidən nəzərdən keçirilməsinə imkan verəcək süni intellektə insan mərkəzli yanaşmanın tərəfdarıdırlar. Sorğunun nəticələri göstərir ki, bütün dünyada insanlar belə bir “sıfırlama”ya hazırdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri