Icma.az
close
up
RU
BMT nin hesabatı: Dünya əhalisinin təqribən 45 faizi şəhərlərdə yaşayır

BMT nin hesabatı: Dünya əhalisinin təqribən 45 faizi şəhərlərdə yaşayır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Planetimizdə 8,2 milyard insanın təqribən 45 faizi şəhərlərdə yaşayır və bu rəqəm genişlənən urbanizasiya fonunda daha da artacaq.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 1950-ci ildə qlobal əhalinin sayı 2,5 milyard olub və onların yalnız 20 faizi şəhər sakinləri idi. 2050-ci ilə qədər qlobal artımın üçdə ikisinin şəhərlərdə, qalan hissəsinin isə qəsəbələrdə baş verəcəyi proqnozlaşdırılır. Bundan əlavə, Saharaaltı Afrika istisna olmaqla, 10 milyon və ya daha çox əhalisi olan “meqaşəhərlər” genişlənməyə davam edəcək, kənd yerləri isə daha da azalacaq.

Bu məlumat çərşənbə axşamı, noyabrın 18-də BMT-nin İqtisadi və Sosial İşlər Departamenti (UNDESA) tərəfindən dərc edilən “Dünya urbanizasiya perspektivləri – 2025. Nəticələrin xülasəsi” adlı yeni hesabatda yer alıb. Sənəd Braziliyanın Belem şəhərində keçirilən COP30-da ölkələrin iqlim tədbirləri öhdəliklərini müzakirə etdiyi bir vaxtda yayımlanıb və urbanizasiyanın davamlı inkişafa, iqlim dayanıqlığına nail olmaqda əsas rolunu vurğulayır.

UNDESA-nın rəhbəri Li Cunhua bildirib: “Urbanizasiya dövrümüzün müəyyənedici qüvvəsidir. Bu proses inklüziv və strateji şəkildə idarə edildikdə, iqlim dəyişikliyi ilə mübarizə, iqtisadi artım və sosial bərabərlik üçün transformativ yollar aça bilər. Tarazlı ərazi inkişafına nail olmaq üçün ölkələr şəhər və kənd yerlərində mənzil, torpaq istifadəsi, mobillik və ictimai xidmətləri uyğunlaşdıran inteqrasiya olunmuş milli siyasətlər qəbul etməlidir”.

Hesabatda 1975-ci ildən bəri iri şəhərlərin sayının 8-dən 33-ə qədər dörd dəfə artdığı qeyd olunur. Onlardan 19-u Asiyadadır. Təqribən 42 milyon əhalisi olan İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çox əhalisi olan şəhəridir, ardınca təxminən 40 milyon əhalisi olan Banqladeşin Dəkkəsi və 33 milyon əhalisi olan Yaponiyanın Tokiosu gəlir. Misirin paytaxtı Qahirə Asiyadan kənarda ilk 10-luğa daxil olan yeganə şəhərdir. Əddis-Əbəbə (Efiopiya), Dar-əs-Salam (Tanzaniya), Hacipur (Hindistan) və Kuala-Lumpur (Malayziya) şəhərlərinin əhalisi 10 milyonluq həddi keçmək üzrədir və bununla da meqapolislərin siyahısının 2050-ci ilə qədər 37-yə çatacağı gözlənilir.

BMT qeyd edir ki, dünyada daha çox insan kiçik və orta ölçülü şəhərlərdə yaşayır və bu şəhərlər, xüsusən də Afrika və Asiyada meqapolislərdən daha sürətli böyüyür. Mütəxəssislər təxminən 12 min şəhəri təhlil ediblər. Onların əksəriyyətinin - 96 faizinin əhalisinin sayı bir milyondan az, 81 faizinin isə 250 min nəfərdən azdır. Şəhərlərin ümumi sayı 1975-ci ildən bəri iki dəfədən çox artıb və proqnozlar göstərir ki, bu əsrin ortalarına qədər onların əksəriyyətinin əhalisinin sayı 250 mindən az olmaqla 15 min nəfəri keçə bilər.

Sənəddə bildirilir ki, bir çox şəhərlər genişlənməyə davam etsə də, digər şəhərlərin əhalisi azalır. Belə ki, bəzi ölkələrin əhalisi artdıqca, şəhərlərdə sakinlərin azalması baş verir, digərləri isə əksinə, milli əhalinin azalmasına baxmayaraq çoxalır. Kiçikləşən şəhərlərin əksəriyyətinin əhalisi 2025-ci ildə 250 mindən az olub. Onların üçdəbiri Çində, 17 faizi isə Hindistandadır.

Bu arada, azı 5000 nəfər əhalisi olan şəhərlər Almaniya, Hindistan, Uqanda və ABŞ-ı əhatə edən qrup olan 70-dən çox ölkədə ən çox yayılmış yaşayış məntəqəsi növüdür. Kənd yerləri 1975-ci ildəki 116 ilə müqayisədə 62 ölkədə ən çox yayılmış yaşayış məntəqəsi növü olaraq qalır və bu rəqəmin 2050-ci ilə qədər 44-ə düşəcəyi gözlənilir. Saharaaltı Afrika bu baxımdan artımı davam etdirən yeganə bölgədir və gələcəkdə kənd əhalisinin artımının demək olar ki, hamısının onun tərəfindən təmin ediləcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri