BMT: Dünyada 2,2 milyard insanın təmiz içməli suya çıxışı yoxdur
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada təxminən 2,2 milyard insanın hələ də təmiz içməli suya çıxışı yoxdur.
Bunu BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini Li Jinhua bəyan edib.
Tacikistanın paytaxtı Düşənbədə "Dayanıqlı inkişaf üçün su, 2018–2028-ci illər" beynəlxalq konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən Jinhua təmiz su və sanitariyanın əldə edilməsində irəliləyişin planlaşdırılmış göstəricilərdən xeyli geridə qaldığını qeyd edib.
Onun sözlərinə görə, 3,5 milyard insanın təhlükəsiz sanitariyaya çıxışı yoxdur.
L.Jinhua vəziyyətin yaxşılaşdırılması üçün, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyələşdirmənin əhəmiyyətli dərəcədə artırılmasının tələb olunduğunu vurğulayıb.
O, təmiz suya və sanitariyaya çıxışın təmin edilməsi üçün illik vəsait kəsirinin 130 milyard dolları üstələdiyini də bildrib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:291
Bu xəbər 28 May 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















