Dünyada 2,2 milyard insanın internetə çıxışı yoxdur
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada internetdən istifadə edən insanların sayı artsa da, milyardlarla insan hələ də rəqəmsal imkanlardan kənarda qalıb.
Bu vəziyyət internetə çıxışın əlçatanlığı, rəqəmsal bərabərsizlik və texnologiyaların inkişafından bütün əhalinin eyni səviyyədə faydalana bilməməsi məsələlərini yenidən gündəmə gətirir.
"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Facts and Figures 2025” hesabatına görə, 2025-ci ildə dünya əhalisinin təxminən dörddə üçü, yəni 6 milyard nəfər internetdən istifadə edib. Bununla belə, 2,2 milyard insan internetdən kənarda qalıb.
Təşkilatın məlumatına əsasən, 2024-cü ildə internet istifadəçilərinin sayı yenilənmiş hesablamaya görə 5,8 milyard, internetdən istifadə etməyənlərin sayı isə 2,3 milyard nəfər olub.
Beləliklə, 2025-ci ildə internetə qoşulan insanların sayı əvvəlki illə müqayisədə 240 milyondan çox artıb. Hesabatda rəqəmsal imkanların ölkələrin gəlir səviyyəsindən asılı olaraq kəskin fərqləndiyi də vurğulanır. Belə ki, yüksək gəlirli ölkələrdə əhalinin 94 faizi internetdən istifadə etdiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici cəmi 23 faizdir. İnternetə çıxışı olmayan insanların 96 faizi isə aşağı və orta gəlirli ölkələrin payına düşür.
Rəqəmsal bərabərsizlik şəhər və kənd yerləri arasında da müşahidə olunur. Şəhərlərdə yaşayanların 85 faizi internetdən istifadə etdiyi halda, kənd yerlərində bu göstərici 58 faiz təşkil edir.
Cinslər arasında da fərq qalmaqdadır: kişilərin 77 faizi, qadınların isə 71 faizi internet istifadəçisidir. İnternetə çıxışla bağlı problemlər təkcə şəbəkənin mövcudluğu ilə məhdudlaşmır. Hesabatda bildirilir ki, aşağı və orta gəlirli ölkələrin təxminən 60 faizində mobil genişzolaqlı internet xidmətləri hələ də əlçatan qiymət səviyyəsində deyil.
Bundan başqa, yüksək gəlirli ölkələrdə bir istifadəçinin yaratdığı mobil məlumat trafiki aşağı gəlirli ölkələrdəki istifadəçi ilə müqayisədə təxminən səkkiz dəfə çoxdur. Sənəddə 5G şəbəkələrinin yayılması ilə bağlı fərqlər də diqqətə çatdırılır. 2025-ci ildə bu şəbəkələr dünya əhalisinin 55 faizini əhatə edib.
Lakin yüksək gəlirli ölkələrdə əhalinin 84 faizi 5G şəbəkəsinə çıxış imkanına malik olduğu halda, aşağı gəlirli ölkələrdə bu göstərici cəmi 4 faizdir.
Beləliklə, internet istifadəçilərinin sayı artsa da, rəqəmsal imkanların keyfiyyəti və əlçatanlığı ölkələr arasında bərabər bölüşdürülmür.
Bu fərqlər təhsil, iş imkanları, rəqəmsal xidmətlər və yeni texnologiyalardan faydalanmaq baxımından da əhəmiyyət daşıyır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















